2015-ci il Avropa Oyunlarının rəmzlərini təqdim edilib
Bakıda 2015-ci il Avropa Oyunlarının təşkilatçıları bu gün oyunların rəsmi rəmzlərini – Ceyran və Narı təqdim ediblər.
Azərbaycan təbiətinin və mədəni irsinin rəmzi olan Ceyran gözəlliyi və zərifliyi təcəssüm etdirir, Azərbaycanda qorunan növlərdəndir.
Nar məşhur meyvə, həyat və enerji rəmzidir.
Bakıda 2015-ci il Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-nə qədər keçiriləcək. Ümumilikdə 20 idman yarışı keçiriləcək, bunların 16-sı Olimpiya idman növləridir.
Avropanın bütün guşələrindən 6 000-dən çox idmançı 17 gündən çox davam edən yarışlarda ölkələrini təmsil edəcəklər.
İdman yarışlarının 11-i 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunları üçün seçim yarışı kimi keçiriləcək. Bu, oxatma, yüngül atletika, boks, velosiped idmanı, atış, üzmə, masaüstü tennis, taekvondo, triatlon, güləş və voleybol idman növləridir.
.
Maybe you are interested in:
Avropa Oyunlarda ləzgilərin uğuru
Avropa Oyunları Parkı açılıb