Avropa Oyunlarda ləzgilərin uğuru
2 qızıl, 2 gümüş və 3 bürünc
Azərbaycanda keçirilən ilk Avropa Oyunları keçən həftə başa çatdı. Bu irimiqyaslı idman hadisədə 50 ölkədən 6.5 min idmançı iştirak etdi.
İyunun 28-də Olimpiya Stadionunda Avropa Oyunlarının bağlanış mərasimi keçirildi. Mərasimdə 70 min tamaşaçı, çarpıcı şouda isə mindən çox aktyor iştirak elədilər.
Tədbir iştirakçıları arasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, onun xanımı, Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Məhriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Xikki, tanınmış idmançılar və idman funksionerləri var idi.
İlk Avropa Oyunları rus yığma komandanın qeyd-şərtsiz qələbə ilə sona çatdı. 79 qızıl, 40 gümüş, 45 bürünc, ümumilikdə 164 medal qazandılar.
İkinci yerdə ("qızıl” sayına görə) Azərbaycan – 56 medal (21 – 15 – 20). Üçüncü yerdə isə Böyük Britaniya – 47 medal (18 - 10 – 19).
Sevindirici haldır ki, bu idman bayramında ləzgi idmançılarda əhəmiyyətsiz rol oynadılar. Onlar Azərbaycan və Rusiya milli komandaların uğuru üçün əhəmiyyətli töhfə verdilər.
Taekvando üzrə dünya və Avropa çempionu Abdurahim (Radik) İsayev Azərbaycanı təmsil eləyərək qızıl medal qazandı.
Boksçumuz Albert
Səlimov da Birinci Avropa Oyunlarında qızıl medal qazandı. O da Azərbaycanı
təmsil edirdi.
Fəridə Əzizova taekvondo üzrə, Vasif Safarbəkov isə sambo üzrə gümüş medal qazandılar. Onların hər ikisi də Azərbaycanı təmsil edirdi.
Sərbəst güləş üzrə Oplimpiya çempionu Natalya Vorobyeva , cudoçu Renat Saidov və Zakir Mislimov bürünc medal qazandılar. Natalya Vorobyeva və Renat Saidov Rusiyanı, Zakir Mislimov isə Azərbaycanı təmsil edirdilər.
Federal Ləzgi Milli-Mədəni Muxtariyyət Bakıda keçirilmiş ilk Avropa Oyunlarında qazandığı müvəffəqiyyət ilə soydaşlarımızı təbrik edir, onlara möhkəm cansağlığı və uğurlar diləyir!
FLMMM müxbir korpusu
.
Maybe you are interested in:
Avropa oyunları başa çatdı
İlham Əliyev Azərbaycanlı idmançılarla görüşüb