Avropa oyunları başa çatdı
Bazar günü Avropa oyunları başa çatdı.
Yarışların son günü ev sahibləri mükafat qazanmasa da ümumi medal hesabında Azərbaycan ikinci yeri qoruyub saxladı.
Avropa oyunlarında Azərbaycan 56, o cümlədən 21 qızıl, 15 cümüş və 20 bürünc medal qazanıb.
Birinci yeri 164 medalla (79-40-45) Rusiya tutub.
Üçüncu yerdə 47 medalla (18-10-19) Böyük Britaniyadır.
Avropa oliimpiya komitəsinin (AOK) prezidenti Patrik Hikki Avropa oyunlarını «butun mənalarda möhtəşəm» adlandırıb.
«Gələcəkdə biz Avropa oyunlarını «Bakı 2015»-in standartları ilə keçirəcəyik», - deyə Hikki bildirib.
AOK təklif edəcək ki, bundan sonrakı Avropa oyunlarının məşəli Azərbaycanda yandırılsın.
Bu gün axşam saatlarında yarışların bağlanış mərasimi keçiriləcək.
.
Maybe you are interested in:
Avropa Oyunlarda ləzgilərin uğuru