Federal lәzgi
milli-mәdәni muxtariyyәti

MƏŞƏL ÖLKƏNİ DOLAŞIR

 

O, iyunun 1-də Qusarda şölələnəcək
Aprelin 26-da Bakıda birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayıb. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək. Artıq Birinci Avropa Oyunlarının məşəlinin səyahəti başlayıb. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda "Alov festivalı"nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və o, Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. İyunun 1-də məşəl Qusara gətiriləcək. Qusar RİHB-nın müavini Elman Mustafayev məşəlin qəbulu mərasiminə hazırlıqla bağlı görülən tədbirlər barəsində demişdir: -"Atəşgah" məbədindən alovlanan məşəl Azərbaycanın hər bir yerini gəzib-dolaşdıqca ölkəmizdə böyük bayram əhval-ruhiyyəsi yaradacaq. Rayonumuzda məşəl öncə Heydər Əliyev Mərkəzinə gətiriləcək. Rayonun tanınmış idmançıları olan məşəlçilərin ulu öndərin abidəsi önündən başlayacaq yürüşü general Mahmud Əbilov adına meydanda başa çatacaq və İlk Avropa Oyunlarının məşəli burada qurulacaq səhnədə yandırılacaq. Meydanda təntənəli bayram tədbirinin, möhtəşəm konsertin keçirilməsi planlaşdırılıb. Buradaca rayonun tarixi, mədəniyyəti, mətbəxi ilə bağlı sərginin nümayiş təşkili də nəzərdə tutulur.

"Qusar” 

.

gusarpress.com

.

Maybe you are interested in:

Əliyevlər ailəsi məşəli paytaxtın mərkəzində gəzdiriblər

MƏŞƏL QUSARI NURA BOYADI

Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı olub

JMK: Bakıda Avropa Oyunları üçün bütün jurnalistlər akkreditasiya almayacaq

Moskvada Avropa Oyunlarının təqdimat

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz