Əliyevlər ailəsi məşəli paytaxtın mərkəzində gəzdiriblər
Ötən bazar günü Bakıda Avropa Oyunlarının məşəli ilə bağlı növbəti mərasim keçirilib.
Saat 18:00-a yaxın məşəl yaxtada Neft Daşlarından Bakı buxtasına gətirilib. Rəsmi orqanların nədənsə hələ də "Sadko” adlandırdıqları dənizkənarı bulvar limanlarından birində məşəl dövlət başçısı İlham Əliyevə verilib.
İ.Əliyev toplaşanların alqış sədaları altında bir neçə yüz metr qaçaraq məşəli İkinci Dünya Müharibəsinin iştirakçısı Fatma Səttarovaya verib.
Sonra məşəl müxtəlif müsiqi xadimlərinə və növbə ilə İlham Əliyevin ailə üzvlərinə ötürülüb.
Məşəl paytaxt küçələrini dolaşdıqdan sonra Qız Qalasına aparılıb və iyunun 12-dək – oyunlar başlayana qədər orada qalacaq.
.
Maybe you are interested in:
İtkin düşmüş neftçilərin ailələri etiraz edirlər
Avropa oyunları başa çatdı