Federal lәzgi
milli-mәdәni muxtariyyәti

MƏŞƏL QUSARI NURA BOYADI

 
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar hələ 2012-ci il dekabrın 8-də Romada-Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul olunmuşdu. Qərarın qəbulundan bir neçə gün sonra Prezident İlham Əliyev xalqımızı təbrik etmişdir: "Bu böyük tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da böyük hadisədir. Çünki bu vaxta qədər Avropa Oyunları keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur. Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır". Bütün dünyanın diqqəti Azərbaycanadır. Ölkəmizdə bu mötəbər idman yarışına hazırlıqlar yüksək səviyyədə həyata keçirilmişdir. Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, xoşməramlı səfir, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva demişdir: "Birinci Avropa Oyunlarını ilk dəfə təşkil etmək və keçirmək ölkəmiz üçün böyük şərəf və məsuliyyətdir. Azərbaycan yaxşı anlayır ki, həm də Oyunların gələcək standartlarını müəyyənləşdirəcək. Azərbaycan bu Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir. İlk Avropa Oyunları ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcəkdir". İyunun 12-dən 28-dək 17 gün ərzində davam edəcək ilk Avropa Oyunları zamanı Avropanın bütün ölkələrindən 6 mindən çox idmançı idmanın 20 növü üzrə 253 medal uğrunda mübarizə aparacaqdır. Humanizm, sülh və bu kimi ideyaları təbliğ edən Avropa Oyunları Azərbaycanın dünyadakı müsbət imicini daha da artıracaq.      Qusarlılar məşəl estafetinin qarşılanması mərasiminin hazırlığına təxminən bir ay öncə başlamışdılar. Yeni su və kanalizasiya xətlərinin çəkilişi ilə əlaqədar əsas küçələrdə xəndəklərin qazılmsası, ağır texnikanın işlədilməsi həmişə səliqə-sahmanı, təmizliyi ilə seçilən rayon mərkəzini tanınmaz hala salmışdı. Bununla belə rayon rəhbərliyinin gördüyü təşkilati tədbirlər sayəsində məşəl estafetinin keçəcəyi marşrut-Mirzə Vəliyev, Ləzgi Əhməd, Nurəddin Şərifov, general Mahmud Əbilov, xüsusən Fəxrəddin Musayev küçəsində abadlıq, təmizlik işlərinə geniş vüsət vermişdi. Əhalinin, şəhər sakinlərinin fəal iştirak etdikləri sahmanlama tədbirləri gecə saatlarında da davam etdirilirdi. Beləliklə iyunun 1-i səhərində artıq bütün marşrut üzrə küçə və səkilər təmizlənmiş, yuyulmuş, xətlənmiş, rənglənmiş, bayramsayağı bəzədilmişdi. Günortaya yaxın ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli Azərbaycanın "Şimal qapısı” Qusara gətirildi. Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında alqışlarla qarşılandıqdan sonra kik-boksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olundu. Bunun ardınca 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək 2,7 kilometr məsafədə Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına hərəkət etdilər.                         
Qusarda belə qələbəlik çoxdan görünməmişdi. Yaşlılar, cavanlar, məktəblilər, 1 İyun Beynəlxalq Uşaqları Müdafiə Günü ilə eyni vaxta düşdüyündən möhtəşəm bayramı seyr edən balacalar ölkə tarixinin şanlı səhifəsinin şahidi, iştirakçısı olmaqdan ötrü küçəboyu irəliləyən məşəlçiləri alqışlayırdılar. Fürsətdən istifadə edib bir neçə həmyerlimizin təssüratını dinlədik. Qusar şəhər 1 saylı məktəbin "Tərəqqi” medallı müəllimi Səlimə Nurəddinova: -Ulu öndərimiz Heydər Əliyevin memarı olduğu müstəqil dövlətimizi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi düzgün və balanslaşdırılmış daxili və xarici siyasət dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə yüksəltmişdir. Dövlət başçısının müstəqil siyasəti Vətənimizi Şərqin qapısında daha demokratik, hüquqi dövlət kimi tanıtmışdır. İlk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi bu müdrik siyasətin təntənəsidir. Bütün bunlar ölkəmizin imicini dünya səviyəsində yükəsltməyə xidmət edir. Əminliklə deyirəm ki, biz möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ətrafında daha sıx birləşərək müstəqil dövlət kimi daha möhtəşəm uğurlara imza atacağıq. Rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru, YAP rayon təşkilatı sədrinin müavini Nadirşah Şirinov Avropa Oyunlarının məşəlinin Qusara gətirilməsindən duyduği sevinci belə ifadə etdi: -Qədim Atəşgah məbədində alovlandırılan birinci Avropa Oyunlarının məşəli, nəhayət, doğma Qusara da gəlib çatdı. Bu əlamətdar hadisə hamımızı hədsiz sevindirir, qürurlandırır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünya arenasında növbəti uğurlu çıxışıdır. Biz bu uğurlara sevinir və yarışlarda iştirak edəcək idmançılarımıza qələbələr arzulayırıq.  Rayon maliyyə idarəsinin işçisi   Elman Quliyev birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək dedi: -Birinci Avropa Oyunlarının məşəlinin rayonumuza gətiriləcəyi günü səbirsizliklə gözləyirdik. Bir vətəndaş olaraq qürur duyuram ki, ilk dəfə keçiriləcək bu Oyunlara Azərbaycan ev sahibliyi edəcək. Bu, tarixi bir uğurdur. Bugünkü təntənə ölkəmizin gücündən, qüdrətindən, ölkədaxili sabitlikdən və iqtisadi yüksəlişdən xəbər verir. Bu məşəl bütün Avropanı sülhə, ədalətə və qardaşlığa çağırır. Çox xoşbəxtəm ki, mən də belə tarixi anların şahidiyəm.  Estafetin sonuncu iştirakçısı-taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Meydana toplaşan minlərlə qusarlı bu hadisəni böyük coşqu və sürəkli alqışlarla qarşıladı.  Məşəldən götürülmüş alovla yandırılan "Bakı-2015"-in çırağı rayon ictimaiyyətinə təqdim edildi. Çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verildi.  Bayram tədbirinin iştirakçıları Bakı şəhərindəki Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı böyük maraqla izlədilər.  Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.      

.

gusarpress.com

.

Maybe you are interested in:

Azərbaycan və Macarıstan strateji tərəfdaş olduqlarını bəyan ediblər

Rusiya telekanaları Avropa Oyunlarını göstərmək istəmirdilər?

MƏŞƏL ÖLKƏNİ DOLAŞIR

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

2015-ci il Avropa Oyunlarının rəmzlərini təqdim edilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz