Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan və Macarıstan strateji tərəfdaş olduqlarını bəyan ediblər

 

Macarıstan Azərbaycan üçün  çox yaxın və dost ölkədir. Baş nazir Orbanın səfəri Macarıstan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Bunu martın 6-da prezident İlham Əliyev Viktor Orbanın səfərinin yekunlarına dair birgə mətbuat konfransında bildirib.  

Siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal rol oynayır. Əminəm ki, gələcəkdə Macarıstan bu əlaqələrin inkişafını daim dəstəkləyəcək",- dövlət başçısı bildirib.

İqtisadiyyata toxunan İ.Əliyev energetika sahəsində əməkdaşlığa toxunub. SOCAR ilə MOL şirkəti arasında əməkdaşlığın artıq yaxşı tarixi var və bu əməkdaşlıq yeni pilləyə qalxmalıdır.  Kənd təsərrüfatı, nəqliyyat, turizm, təhsil sahələri də əməkdaşlıq   sferasına daxildir.

"Macarıstan bizim üçün yaxın, dost ölkədir. Bizim cənab baş nazirlə şəxsi münasibətlərimiz də dostluq münasibətləridir. Cənab baş nazirin fəaliyyəti Azərbaycanda böyük hörmət və rəğbətlə qarşılanır”, - dövlət başçısı vurğulayıb.

Macarıstan o ölkələrdəndir ki, öz müstəqil siyasətini aparır. Xarici və daxili siyasət ancaq Macarıstan xalqının maraqlarına əsaslanır və ona görə bizim aramızda bu sahədə də oxşarlıq var. Məhz buna görə Macarıstan bütün dünyada və Avropada hökm sürən böhranlardan çox şərəflə çıxıb. Məhz buna görə macar xalqı cənab baş nazirin fəaliyyətini yüksək qiymətləndirir. Əgər hökumət xalqın maraqlarını müdafiə edirsə və öz ölkəsinin inkişafına çalışırsa xalq o hökuməti həmişə dəstəkləyəcək», - İ.Əliyev bildirib.

Cavab sözündə qonaq deyib ki, İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Onun sayəsində Azərbaycan böyük uğurlar əldə edib ki, bu da müəyyən dairələrdə  «qısqanclıq»  yaradır.  

Azərbaycan indiki vəziyyətdən daha güclü, şaxələnmiş iqtisadiyyatla çıxacaq və Macarıstan bunda sizə kömək edəcək, - Viktor Orban bildirib.

.

www.contact.az

.

Maybe you are interested in:

Macarıstanın baş naziri Bakıya gələcək

Malena Mard: “Azərbaycanla strateji tərəfdaşlıq sazişi üzərində iş davam edir”

Çin səfəri: gələcək üçün dividentlər

Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanı təxribata çəkir”

Bolqarıstan və Azərbaycan prezidentləri Cənub Qaz Dəhlizini müzakirə ediblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz