Federal lәzgi
milli-mәdәni muxtariyyәti

JMK: Bakıda Avropa Oyunları üçün bütün jurnalistlər akkreditasiya almayacaq

 

Jurnalistləri Müdafiə Komitəsi Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikiyə məktub göndərərək, onu Birinci Avropa Oyunlarının keçiriləcəyi Azərbaycanda xoşagəlməz mühitə diqqət yetirməyə çağırıb.

Oyunların işıqlandırılması üçün akkreditasiya almaq məqsədilə 1300 beynəlxalq jurnalist müraciət edib. Lakin onların maneəasiz işinə zəmanət verilməyib. Belə ki, XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə qarşı fəaliyyət göstərən jurnalistlərə akkreditasiya verilməyəcək.

Məktubda deyilir ki, Hacıyevin bəyanatı oyunların işıqlandırılması üçün medianın fəaliyyətini şübhə altına qoyur.

JMK xatırladır ki, Azərbaycanda 8 jurnalist həbsdədir. Məktub müəllifləri xatırladırlar ki, Azərbaycanda azad mətbuata və vətəndaş cəmiyyətinə qarşı təzyiq güclənib. Azərbaycan həmçinin KİV-ə qarşı senzura tətbiq edən ölkələr siyahısına salınıb.

JMK Olimpiya Komitəsini Azərbaycan hökumətinə təzyiq göstərməyə və ölkədə mətbuat azadlığı üçün zəmanət almağa çağırıb.

.

contact.az

.

Maybe you are interested in:

BMK Mogerinidən Bakıda mətbuat azadlığı məsələsini qaldırmağı xahiş edir

Ledi Qaqa qonorarını Azərbaycanda siyasi məhbusların ailələrinə verməyə çağrılıb

HRW və CPJ Avropa Olimpiya Komitəsini Bakıya qarşı qətiyyətli münasibət göstərməyə çağırıblar

XİN nümayəndəsi xarici KİV üçün yeni akkreditə qaydaları haqda

Avropa Oyunları başlayana qədər Azərbaycan bütün siyasi məhbusları azad etməlidir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz