Federal lәzgi
milli-mәdәni muxtariyyәti

XİN nümayəndəsi xarici KİV üçün yeni akkreditə qaydaları haqda

 

Xarici KİV nümayəndələrinin Azərbaycanda yeni akkreditə qaydaları ölkə Konstitusiyası,informasiya və KİV azadlığına zəmanət verən qanunlara uyğun olaraq hazrlanıb. Qaydalar hazırlanarkən Aİ, o cümlədən Şərqi Avropa ölkələrinin təcrübəsi nəzərə alınıb. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev AzərTAC agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda akkreditə qaydaları sadələşdirilib. Bəzi Qərb ölkələrində KİV nümayəndəsinin akkreditəsi üçün dövlət zəmanətini təsbit edən məktub, bank hesabından çıxarış və sair çoxsaylı sənədlər tələb olunur. Azərbaycanda olan müstəqil KİV nümayəndələri bu kimi xarici ölkələrdə akkreditə olunan zaman belə problemlərlə üzləşirlər.

2014-cü il ərzində Azərbaycanda 160-a yaxın xarici KİV nümayəndəsi akkreditə olunub. Avropa Oyunları zamanı KİV-in fəaliyyəti prosesində Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi tərəfindən KİV-lər ilə əlaqədar nəzərdə tutulan qaydaların həyata keçirilməsi təmin  olunacaq.
Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün 700-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditə üçün müraciət edib. Bundan əlavə, 200-ə yaxın beynəlxalq yayım şirkəti tərəfindən Avropa Oyunları işıqlandırılacaq.

Xatırladaq ki, yeni  qaydalar bu il aprelin 4-dən qüvvəyə minib.

Xarıci KİV-in akkreditəsi üçün aşağıdakı sənədlər tələb olunur:

- xarici KİV rəhbərliyinin Azərbaycan XİN-ə müraciəti;

- KİV nümayəndələrinin ərizə-anketi;

- iki ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil;

-  pasportun surəti (əgər xarici KİV nümayəndəsi Azərbaycan vətəndaşıdırsa şəxsiyyət vəsiqəsinin surəti);

- xidməti vəsiqənin surəti;

- tərcümeyi-hal.

Xarici KİV nümayəndələrinin akkreditə haqqında müraciətinə 30 gün müddətində baxılır. Qərar müsbət olarsa o,  bir il müddətinə akrreditə kartı alır.

XİN aşağıdakı hallarda akkreditədən imtina edə bilər:

  • təqdim olunan sənədlər qaydalara uyğun olmadıqda;

- yalan məlumat verildikdə;

      - xarici KİV nümayəndəsi Azərbaycan XİN-in icazəsi olmadan ölkənin işğal olunmuş ərazilərinə Ermənistan ərazisindən getdikdə;

- Xarici KİV nümayəndəsinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, maraqlarına və müstəqilliyinə yönələn hər hansı fəaliyyəti aşkar olunduqda.

.

contact.az

.

Maybe you are interested in:

Amnesty International: İnsan hüquqlarının pozulması Avropa Oyunlarına ləkə gətirib

A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib

JMK: Bakıda Avropa Oyunları üçün bütün jurnalistlər akkreditasiya almayacaq

Xarici KİV nümayəndələrinin Azərbaycanda akkreditasiya qaydaları təsdiq edilib

Əli Həsənov Azadlıq radiosunu təxribatda ittiham edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz