Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Xarici KİV nümayəndələrinin Azərbaycanda akkreditasiya qaydaları təsdiq edilib

 

Azərbaycan Xarici İşləır Nazirliyinin (XİN) Kollegiyası bu il martın 18-də "Azərbaycanda xarici kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin akkreditəsi Qaydaları”nı təsdiq edib. Sənəd aprelin 4-də qüvvəyə minib.

Sənədə görə, qaydalar Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu məqsədlə çəkiliş aparmaq istəyən xarici KİV-lərin müxbir və operatorlarına tətbiq edilir. Xarici KİV nümayəndələrinin akkreditəsi "KİV haqqında” Azərbaycan qanunu, müvafiq dövlətlərarası müqavilələr və bu qaydalar ilə tənzimlənir.

Azərbaycan KİV nümayəndə­lərinin akkreditəsinə öz ərazisində xüsusi məhdudiyyətlər qoymuş dövlətin KİV nümayəndələrinə münasibətdə cavab olaraq Azərbaycan ərazisində eyni məhdudiyyətlər qoya bilər.

Xarici KİV nümayəndələrinin akkreditəsi üçün aşağıdakı sənədlər tələb olunur:

- Xarici KİV nümayəndəsinin təmsil etdiyi KİV rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu;

- xarici KİV nümayəndələrinin ərizə-anketi;

- iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;

- xarici KİV nümayəndələrinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici KİV nümayəndələri Azərbaycan vətəndaşlarıdırsa, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin) surəti;

- xidməti vəsiqənin surəti;

-  tərcümeyi-hal.

Xarici KİV nümayəndələrinin akkreditəsi barədə müraciətə 30 gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici KİV nümayəndələrinə akkreditə kartı verilir.

Xarici KİV nümayəndələrinin akkreditəsi peşə fəaliyyətini həyata keçirmələri üçün tələb olunan, lakin 1 ildən artıq olmayan müddətə olur.

Qaydalara görə, Xarici İşlər Nazirliyi xarici KİV nümayəndələrinin akkreditəsindən aşağıdakı hallarda imtina edə bilər:

- təqdim edilmiş sənədlər qaydalara uyğun olmadıqda;

- saxta və ya yanlış məlumat təqdim edildikdə;

- xarici KİV nümayəndələri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə XİN-in razılığı olmadan səfər etdikdə;

- xarici KİV nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.

.

contact.az

.

Maybe you are interested in:

Əvəz Həsənov: “Dövlət kameral yoxlamaları ləğv edirsə QHT-ləri niyə məhdudlaşdırmalıdır?”

Oruclu: Ermənistan, İran və Rusiya Azərbaycanın xarici kəşfiyyatının əsas prioritetləridir

AZAL Avropa Oyunlarında akkreditasiya olunanlara 50 faiz güzəşt edir

XİN nümayəndəsi xarici KİV üçün yeni akkreditə qaydaları haqda

Parlament xarici donorlar üçün tələbləri sərtləşdirib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz