Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Parlament xarici donorlar üçün tələbləri sərtləşdirib

 

Dünən Milli Məclis QHT sahəsində qanunvericiliyə xarici donorlar üçün fəaliyyət şərtlərini sərtləşdirən düzəlişlər edib.

Xüsusən, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və "Qrantlar haqqında” qanunlara əlavə və dəyişikliklər edilib.

Belə ki, "QHT-lər haqqında” qanunun 24.2-ci maddəsinin yeni redaksiyasında deyilir ki, QHT-lərin xarici maliyyə mənbələri hesabına iş və xidmətləri Ədliyyə Nazirliyində qeydiyyatdan keçən müqavilələr əsasında həyata keçirilməlidir. Qeydiyyatsız işə görə inzibati məsuliyyət nəzərdə tutulmalıdır

"Qrantlar haqqında” qanunun 2-ci maddəsinə belə bir düzəliş edilib ki, xarici donor Azərbaycan icra hakimiyyəti orqanından bu və ya digər layihənin məqsədəuyğunluğu haqqında rəy aldıqdan sonra qrant verə bilər.

Qrantların verilməsi hüququ əldə edilməsi qaydası Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qrantların qeydiyyatı qaydalarını da icra hakimiyyəti orqanı müəyyən edir.

Bu düzəlişləri şərh edən ekspertlər qeyd edirlər ki, dəyişikliklər xarici donorlar üçün əlavə filtrlər müəyyən edir.

Birincisi, onlar donor olmaq hüququ əldə etməli, daha sonra layihənin maliyyələşdirilməsinin məqsədəuyğunluğunu sübut etməli, sonra isə qrantı alan onu Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidir.

Hakimiyyət yenilikləri şəffaflıq və qrantlardan məqsədyönlü istifadə zərurəti, habelə QHT-lərin xaricdən çox maliyyələşdirilməsinə ehtiyac olmaması ilə əsaslandırır.

Yerli QHT-lərə büdcəsinin genişləndirilməsi nəzərdə tutulan QHT-lərə Dövlət Dəstəyi Şurasının xidmətlərindən istifadə etmək təklif olunur.

Lakin çətin ki, Şura hakimiyyətin mövcudluğunu inkar etdiyi siyasi məhbusların hüquqlarının müdafiəsi üzrə layihələri maliyyələşdirsin və ya dövlət orqanları tərəfindən korrupsiya faktlarının araşdırılmasını dəstəkləsin.

Parlamentdə müzakirələr zamanı deputat İqbal Ağazadə bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası hakimiyyəti tənqid edən müstəqil QHT-lərə qrant ayırmır.

Buna görə yeniliklər vətəndaş sektorunun onsuz da ağır olan vəziyyətini daha da pisləşdirəcək.

Buna cavabda parlamentin vitse-spikeri Bahar Muradova bildirib ki, xarici donorlardan qrant alan QHT-lər "onların çaldığına oynayır”.

"İndi bizdə şərtlər belədir. Kim istəyirsə, bizimlə işləsin QHT-lərə Dövlət Dəstəyi Şurasından qrantlar alsın. Kim istəmirsə, qoy xarici hamilərinin yanına getsin”, deyə Muradova bildirib.

Beləliklə, hakimiyyət müstəqil QHT-lərin sıxışdırılması xəttini davam etdirir. Onlar ya hakimiyyətə baş əyməli, ya da bağlanmalıdır.

Yeni qaydalardan yan keçmə cəhdləri cəza tədbirlərinə səbəb olur. Belə ki, dövlətin qeydiyyata almadığı 20-dən çox QHT artıq cinayət təqibinə məruz qalıb, bəzi QHT-lərin rəhbərləri isə həbs olunub.

.

contact.az

.

Maybe you are interested in:

Sivil Toplum Platformasının mövqe sənədi

USAID: Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının sabitliyi pisləşib

Xarici KİV nümayəndələrinin Azərbaycanda akkreditasiya qaydaları təsdiq edilib

Əli Həsənov bir daha anti-Azərbaycan qüvvərə qarşı mübarizəyə çağırdı

Venesiya Komissiyası QHT-lər haqqında qanunlara məhdudlaşdırıcı düzəlişləri ləğv etməyə çağırıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz