Federal lәzgi
milli-mәdәni muxtariyyәti

USAID: Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının sabitliyi pisləşib

 

Bir neçə illik sabitlikdən sonra 2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının sabit inkişafı pisləşib. Strateji və sistemli tədbirlər nəticəsində hökumət alternativ baxışları susdurmağa müvəffəq olub. Hətta 2014-cü ilin mayında Azərbaycan AŞ Nazirlər Komitəsində altı aylıq sədrliyə başladıqdan sonra da bu baş verib.

Bu barədə bu gün dərc edilmiş, USAID (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən ekspert sorğusu əsasında hazırlanmış "Vətəndaş cəmiyyəti təşkilatlarının sabit inkişafı indeksi 2014 - Azərbaycan” adlı  hesabatda deyilir.

Vətəndaş cəmiyyəti atmosferinin pisləşməsi ölkədə iqtisadi tənəzzülə gətirib çıxaran neft qiymətlərinin ucuzlaşması fonunda baş verib. Bu zaman 2014-cü ildə hökumət iqtisadi inkişaf strategiyasını müəyyən edən "Azərbaycan 2020: Gələcəyə baxış" konsepsiyası qəbul edib. Bu sənəd dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafını nəzərdə tutur.

2013-cü ilin sonlarında qəbul edilmiş "QHT-lər haqqında”, "Qrantlar haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə qəbul edilmiş məhdudlaşdırıcı düzəlişlər vəziyyətin pisləşməsinə ciddi təsir edib.

2014-cü il misli görünməmiş həbslər, xaricə səfərlərə qadağalar, istintaqa cəlb edilmələri, yerli və xarici QHT-lərin işinə müdaxilə dalğası ilə müşaiyət olunub. Çox az sayda QHT qrantları Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə müvəffəq olub.

QHT-lərin "hüquqi mühit" reytinqi 2013-cü illə müqayisədə 7 ballıq sistem üzrə 4,8 baldan 5,6 bala qədər pisləşib.

Həmçinin "təşkilati imkanlar” və "maliyyə imkanları” meyarları üzrə reytinq pisləşib.

Bu, bir sıra xarici donor qurumlarının: İREX, NDİ, Soros Fondunun ölkəni məcburi şəkildə tərk etməsi ilə bağlıdır. Bu zaman yerli filantropiya konsepsiyası inkişaf etməyib.

Hökumətyönlü KİV-in QHT-lər ətrafında yaratdığı mənfi atmosfer nəticəsində vətəndaş cəmiyyətinin "ictimai imici” göstəricisi də pisləşib.

"Xidmətlərin təmin edilməsi” və "infrastruktur” meyarları üzrə reytinqlər 10 ildir orta səviyyədə sabit qalır.

2015-ci ildə vətəndaş cəmiyyəti təşkilatlarının sabit inkişafının ümumi indeksi 2013-cü illə müqayisədə bir neçə bənd pisləşərək, 5,1 təşkil edib. 

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda insan hüquqları üzrə yeni məruzəçi təyin edib

Azərbaycan XİN Avropa Şurasından çıxmaq məsələsinə toxunub

Azərbaycanda repressiyalar Vaşinqtonda yeni müzakirələrin predmeti oldu

Bakı ABŞ səfirliyinin yeni binasının tikintisinə dair müqaviləni pozub

Con Kerri keçmiş SSRİ-nin vətəndaş cəmiyyətinə dəstək ifadə edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz