Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan XİN Avropa Şurasından çıxmaq məsələsinə toxunub

 

İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qəbul edilmiş "Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnamə rəsmi Bakıya qarşı yönəlmiş qərəzli və əsassız yanaşmaya daha bir nümunədir. Bu barədə Azərbaycan XİN-in bəyanatnda deyilir.

Azərbaycanda siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz azadlığı göz önündədir. 

"Azərbaycanın bütün nailiyyətlərində məqsəd Azərbaycan xalqının maraqlarını təmin etməkdir, hansısa beynəlxalq qurumun tərifini almaq üçün deyil”, - XİN qeyd edib.

Avropa Şurası Azərbaycanın əleyhinə sənəd qəbul edib, cünki dinamik inkişaf edən müsəlman dövləti Avropanın xoşuna gəlmir. Bu, "Avropada geniş vüsət alan islamofobiyanın aydın təzahürüdür”, - XİN hesab edir.

"Azərbaycan dövləti onun milli maraqlarına cavab verən konstruktiv təkliflərə və tövsiyələrə hər zaman açıq olub. Müstəqil və suveren dövlətin daxili işlərinə müdaxilə, ona təzyiq və təhqir məqsədilə qəbul edilmiş istənilən sənəd qətiyyən məqbul deyil”, - sənəddə deyilir.

Azərbaycan XİN hesab edir ki, qərəzli münasibət və ikili standartların nümayişi Bakını Avropa Şurasında və onun Parlament Assambleyasında iştirakın nə dərəcədə vacib olub-olmaması  haqda düşünməyə sövq edir.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA Azərbaycanda demokratiyanın boğulmasını pisləyib, siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

Avropa Şurası Nazirlər Komitəsinin məruzəçiləri Bakıda səfərdədirlər

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

AŞPA rəhbəri Dinara Yunusu qəbul edib və Bakını insan hüquqlarına hörmətlə yanaşmağa çağırıb

Demokratiya Uğrunda Ümumdünya Hərəkatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçilərini azad etməyə çağırıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz