Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞPA rəhbəri Dinara Yunusu qəbul edib və Bakını insan hüquqlarına hörmətlə yanaşmağa çağırıb

 

Avropa Şurası Parlament Assambleyasının prezidenti  Enn Braser Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsindən narahatdır. Bu barədə o, özünün Twitter səhifəsində  qeyd edib.

"Mən  Azərbaycanda   insan haqlarının  pisləşməsindən  ciddi narahatam və  Azərbaycan hakimiyyətini  bir daha öhdəliklərinə hörmət etməyə çağırıram”, - o yazıb.

AŞPA prezidenti  hüquq müdafiəçiləri Leyla və Arif Yunusların qızı Dinara Yunusla  görüşündən də  yazıb.

Yanvarın 27-də Avropa Şurasında "Azərbaycanda mətbuata basqılar” adlı müzakirələr keçirilib. Müzakirədə Avropa Şurası insan haqları komissarı Nils Muijnieks çıxış edib.

"Azadlıq” radiosunun məlumatına görə,   komissar çıxışında Azərbaycanda insan haqlarının vəziyyətinin getdikcə daha dərin narahatlıqlara səbəb olduğunu deyib.

O bildirib ki,  Avropa Şurası ilə əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlər var. Nils Mujnieks bunu qisas adlandırıb.

"Bu, Avropa Şurası ilə əməkdaşlıq edənlərdən alınan  qisasdı. Jurnalist və hüquq müdafiəçilərinin Avropa Şurası ilə əməkdaşlığı və onlara  hücumlar arasında əlaqə açıq- aydın görünür. Məhz bu səbəbdən bu,  birbaşa olaraq Avropa Şurasının problemidir”, - o vurğulayıb.

.

contact.az

.

Maybe you are interested in:

Avropa insan haqları komissarı Xədicə İsmayılovanın işi ilə bağlı AİHM-ə müraciət edib

Ann Brasserin İlham Əliyevə çağırışı

Ann Brasser Azərbaycanda fəalların təqib edilməsini pisləyib

Avropa insan hüquqları komissarı “Azadlıq” radiosunun ofisinə polis reydini pisləyib

Nils Mujnieks Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda mübarizəni davam etdirəcəyini vəd edir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz