Avropa insan hüquqları komissarı “Azadlıq” radiosunun ofisinə polis reydini pisləyib
Avropa Şurasının komissarı Nils Mujnieks "Azadlıq” radiosunun ofisinə polis reydi və ofisin bağlanması iə bağlı bəyanatla çıxış edib.
O, özünün Facebook səhifəsində yazıb: "Bakıda "Azadlıq” radiosunun ofisinə polis reydini həyəcanla izlədim.
Bu, yolverilməz hadisə son vaxtlar Azərbaycanda repressiya və tənqidi səslərini boğulmasına yönələn növbəti faktdır və hakimiyyətlə razılaşmayan jurnalistləri, hüquq müdafiəçilərini və digərlərini hansı ciddi təhlükənin gözlədiyini nümayiş etdirir.
Mən hakimiyyəti ifadə və media azadlığına təqiblərə birdəfəlik son qoymağa və insan hüquqları sahəsində öz öhdəliklərini yerinə yetirməyə çağırıram”, - bəyanatda deyilir.
.
Maybe you are interested in:
Avropa Şurası növbəti dəfə narahatdır