Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Venesiya Komissiyası QHT-lər haqqında qanunlara məhdudlaşdırıcı düzəlişləri ləğv etməyə çağırıb

 

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın QHT-lər haqqında qanunvericiliyinə edilmiş dəyişikliklər haqqında rəyini açıqlayıb.

Azadlıq radiousunun məlumatına görə, dekabrın 15-də açıqlanan rəydə qeyd olunur ki, bu il sentyabrın 29-da Avropa Şurasının baş katibi Tyornborn Yaqland Komissiyadan həmin düzəlişlərə rəy hazırlamağı xahiş edib.

Sənəddə qeyd edilir ki, ölkə hakimiyyətinə əvvəlcədən müraciət göndərilməsinə baxmayaraq, VK nümayəndə heyəti vəziyyətlə yerinə tanış olmaq üçün Azərbaycana səfər edə bilməyib.

Oktyabrın 15-də hakimiyyətə göndərdiyi məktubda Katiblik səfərə dəstək və yardım istəyib. İlkin olaraq səfərin tarixi razılaşdırılsa da, səfərin proqramı barədə heç bir məlumat verilməyib və heç bir dəvətnamə gəlməyib. Təəssüf ki, səfər də təxirə salınmalı olub. Nəticədə bu rəy planlaşdırılmış səfərdə əldə oluna biləcək informasiyasız hazırlanıb. Təəssüf ki, rəyin əhatə etdiyi yeni dəyişiklikləri hələ rəy hazırlanmaqda ikən prezident imzalayıb, deyə məruzədə bildirilir.

Daha sonra qeyd olunur ki, 2 min 700 qeydiyyata alınmış, 1000 qeydə alınmamış QHT var.

İnsan hüquqları ilə məşğul olan müstəqil QHT-lər son illər repressiyalara məruz qalır və onların vəziyyəti pisləşib.

AŞ-ın insan hüquqları üzrə komissarı Nils Mujnieks də ölkədə qanunvericiliyə dəyişikliklərin vəziyyəti pisləşdirdiyini vurğulayıb.

Ölkə hakimiyyəti VK-nin bütün əvvəlki tövsiyələrinə məhəl qoymayıb. Bundan başqa, ölkədə işləyən xarici QHT-lərin nümayəndəlikləri təzyiqə məruz qalıblar.

"Bu məhdudiyyətlər vətəndaş cəmiyyətinə, xüsusən insan hüquqları və demokratiya məsələləri ilə məşğul olanlara mənfi təsir göstərib və göstərməkdədir”, deyə məruzədə bildirilir.

VK xarici QHT-lərin filiallarına və nümayəndəliklərinə qarşı qəbul edilmiş məhdudiyyətləri yanlış hesab edir və yerli QHT-lərin qeydiyyatı prosedurunun sadələşdirilməsini, indiyədək qəbul edilmiş məhdudlaşdırıcı düzəlişlərin ləğv edilməsini zəruri hesab edir.

Həmçinin, QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi imkanını məhdudlaşdıran düzəlişlərə yenidən baxılmalıdır. QHT-lərin funksiyalarına və daxili strukturlarına müdaxilə yolverilməzdir. 

.

contact.az

.

Maybe you are interested in:

Avropa Şurasının baş katibi Azərbaycan üzrə araşdırmaya başlayır

Avropa Şurası insan hüquqları üzrə Azərbaycanla birgə işçi qrupdan çıxıb

Aqramuntun Azərbaycanda insan hüquqları haqqında məruzə hazırlaması yenidən təxirə salınıb

Aqramunt niyə ölkəmizə gəlir?

AŞPA Monitorinq Komitəsi məruzəçilərinin səfəri

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz