Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Gürcüstan Cənub Qaz Dəhlizi layihəsində iştirak edəcək

 

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində gürcüstanlı həmkarı Tamar Beruçaşvili ilə görüş keçirib. Görüşün yekunlarına görə mətbuat konfransı keçirilib.

Gürcüstan KİV-lərinin məlumatına görə, Məmmədyarov deyib ki, görüşdə siyasi, nəqliyyat, energetika səhələrində, habelə turizm sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Regional əməkdaşlıq haqqında danışan Məmmədyarov qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi layihələr əməkdaşlığın əsasını təşkil edib və perspektivini müəyyən edib. Ermənistan Azərbaycana qarşı təcavüzü səbəbindən bu strateji layihələrdən kənarda qalıb.

Gürcüstan naziri qeyd edib ki, sözügedən layihələr Gürcüstan iqtisadiyyatı, ölkənin müstəqilliyi və gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edir.

Birgə mətbuat konfransı zamanı Beruçaşvili Tbilisinin Cənub Qaz Dəhlizi layihəsində fəal iştirak etmək istəyini ifadə edib.

O, həmçinin Bakı, Tbilisi və Ankara arasında təhlükəsizlik və energetika sahəsində üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Hər iki nazir qeyd edib ki, ölkələr bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. 

.

contact.az

.

Maybe you are interested in:

Gürcüstan və Azərbaycan əməkdaşlığı möhkəmləndirir

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Tbilisi bəyannaməsini imzalayıblar

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyyat Dəhlizini yeni səviyyəyə çıxarır

Tehranda İran-Azərbaycan müzakirələri: razılaşmalar var

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz