Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Tbilisi bəyannaməsini imzalayıblar

 

Azərbaycan,  Türkiyə və Gürcüstan XİN rəhbərləri Tbilisi görüşünün yekunları ilə bağlı bəyannamə imzalayıblar.

Türkiyədə baş vermiş son terror aktlarını pisləyən nazirlər türk xalqına başsağlığı verərək bütün regional münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə çağırıblar.

Əsasən Qarabağ, Abxaziya və Sxinvali (Cənubi Osetiya) münaqişələri BMT və AŞ-nin qətnamələrinə uyğun olaraq beynəlxalq norma, suverenlik və ərazi bütövlüyü əsasında həll edilməlidir.

Tərəflər Xəzər hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə qərb bazarlarına enerji resurslarının nəqli üzrə regional enerji layihələrini dəstəklədiklərini bildiriblər.

Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə işə salınması, bu yolla Çindən Avropaya tranzit yüklərin daşınmasının və sözügedən marşrut üzrə digər nəqliyyat imkanlarının canlandırılmasının vacibliyi qeyd olunub.

Tərəflər beynəlxalq təşkilatlarda, siyasi, iqtisadi, mədəni, təhsil və digər məsələlərdə öz fəaliyyətlərini koordinasiya etmək və fəal əməkdaşlıq barədə razılığa gəliblər.

Üç ölkənin xarici işlər nazirlərinin növbəti görüşü bu il Azərbaycanda keçiriləcək.-02D-

*   *   *

2016 Fevral 19 (Cümə) 12:04:32

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidzenin görüşündə regional layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, TAP və TANAP layihələri ilə bağlı məslələr diqqət mərkəzindədir. 

Görüşün sonunda birgə bəyannamə imzalanacaq.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, yüksək səviyyəli ikitərəfli və üçtərəfli münasibətlər, müntəzəm görüşlər strateji əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır.

Nazir bu baxımdan 2013-2015-ci illəri əhatə edən Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planı üçün nəzərdə tutulan üçtərəfli layihələri xüsusi qeyd edib.

"Ölkələrimizin coğrafi yerləşməsi rəqabətli tranzit imkanlarından faydalanmaq üçün əlverişli imkanlar yaradır. Ona görə də hesab edirik ki, bizim coğrafi məkanda nəqliyyat infrastrukturu, ələlxüsus kommunikasiya xətlərinin qarşılıqlı bağlılığı və infrastrukturun inkişafı əsas əməkdaşlıq sahələrindən biri olmalıdır”, - o qeyd edib.

E.Məmmədyarov Azərbaycanın hər zaman Xəzərin enerji ehtiyatlarının Qərb bazarlarına çıxarılması üçün öz tranzit imkanlarını təklif etdiyini vurğulayıb.

"BTC layihəsinin uğurla həyata keçirilməsindən sonra biz regionda bir sıra əhəmiyyətli layihələrin təşəbbüskarı olmuşuq. Azərbaycan "Cənub” qaz dəhlizinin əsas xətləri olan Transanadolu kəməri – TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı layihələrinin həyata keçirilməsi vasitəsilə Avrasiyanın ən əhəmiyyətli regionlarını birləşdirir. Bakı-Tbilisi-Qars dəmir yolu və yeni Bakı Beynəlxalq Ticarət Limanı "Şərq-Qərb” dəhlizinin əsas seqmenti olacaq”, - nazir bildirib.

E.Məmmədyarovun fikrincə, regionda sülhə və inkişafa maneələr qalmaqdadır.

"Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təmin edilməsinə, eləcə də regionda sülhün və stabilliyin qorunması üçün təcavüzkar siyasətdən imtina edilməsinə ehtiyac var. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində uğursuzluq regionda sülh və təhlükəsizliyə, o cümlədən regional əməkdaşlığa ən böyük təhlükədir. Özünün işğalçı siyasətinə görə Ermənistan bütün regional layihələrdən kənarda qalıb”, - o qeyd edib.

E. Məmmədyarov Türkiyədə baş vermiş terrora da toxunub:  "Biz terrorizmin bütün formalarını qınayırıq. Ankaradakı dəhşətli terror aktı hamımızı narahat edir".

Görüşün sonunda birgə bəyannamə imzalanacaq. Bu üç ölkə nazirlərinin V görüşüdür.

Nazir Məmmədyarov səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Mixeil Janelidze ilə görüşüb.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq məsələləri müzakirə  olunub. 

.

www.contact.az

.

Maybe you are interested in:

Gürcüstan və Azərbaycan əməkdaşlığı möhkəmləndirir

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyyat Dəhlizini yeni səviyyəyə çıxarır

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü

Gürcüstan Cənub Qaz Dəhlizi layihəsində iştirak edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz