Gürcüstan və Azərbaycan əməkdaşlığı möhkəmləndirir
Azərbaycan və Gürcüstan XİN rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. "Bizim Gürcüstanla münasibətlərimiz strateji əməkdaşlıqdan daha da üstündür”, deyə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi Gürcüstan XİN rəhbəri Mixeil Canelidze ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
İkitərəfli münasibətlər, habelə Cənub Qaz Dəhlizi layihəsi müzakirə olunub, deyə E.Məmmədyarov qeyd edib.
Həmçinin, bu il istismara veriləcək Bakı-Tbilisi-Qars nəqliyyat layihəsinin həyata keçirilməsinin gedişatı müzakirə olunub.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası ilə bağlı vəziyyətə toxunan Məmmədyarov qeyd edib ki, 480 km-dən 314 km-i artıq razılaşdırılıb. "Bu məsələnin həllini sürətləndirmək lazımdır”, deyən Məmmədyarov tezliklə Gürcüstandan Bakıya işçi qrupun gələcəyini xatırladıb.
Xatırladaq ki, dövlət sərhədinin bir hissəsi orta əsrlərə aid "David Qareci” kilsəsindən keçir. Gürcüstan tərəfi bu hissənin ona verilməsini xahiş edir, əvəzində başqa hissədə eyni ölçüdə ərazi təklif edir. Bakı mübadilədən imtina edir.
.
Maybe you are interested in:
Gürcüstan Cənub Qaz Dəhlizi layihəsində iştirak edəcək
Tehranda İran-Azərbaycan müzakirələri: razılaşmalar var