Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Kaxa Kaladze “Qazprom” nümayəndələri ilə növbəti görüşdən qayıdıb

 

Ötən gün Vyanada Gürcüstanın energetika naziri Kaxa Kaladzenin "Qazprom” nümayəndələri ilə növbəti görüşü başa çatıb. Sazişə nail olunması üçün iş prosesi davam edir, Gürcüstanın energetika naziri çərşənbə günü bildirib.

"Vyanada "Qazprom” nümayəndələri ilə gürcü tərəfinin görüşü olub. Danışıqların mövzusu dəyişmir və tərəflər üçün əlverişli sazişin əldə olunması məqsədilə iş prosesi davam edir”, - nazirliyin bəyanatında qeyd olunub.

Gürcüstanda ekspertlər və müxalifət naziri tənqid edərək bildirirlər ki, "Qazprom” ilə əməkdaşlıq Gürcüstanı enerji müstəqilliyindən məhrum edəcək. Gürcüstan hökumətinin "Qazprom” ilə danışıqlarına son qoyulması tələbilə etiraz aksiyaları sistematik olaraq keçirilir.

Xatırladaq ki, K.Kaladze "Qazprom”dan qaz alqısına və Azərbaycandan qazın payının azaldılmasına lobbiçilik edir. Hazırda Gürcüstan qazının idxalının 90%-ni Azərbaycan qazı təşkil edir.

Yanvarın ortalarında SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın hökumət başçısı ilə danışıqlar aparıb və sonuncu əmin edib ki, söhbət Azərbaycan qazından imtinadan getmir, yalnız ixracın diversifikasiyasından gedir. Lakin bu fikirlər qeyri-inandırıcı və əsassızdır, çünki Rusiya qazı Azərbaycan qazından bahalıdır.

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan Gürcüstana ildə 500 milyon kubmetr əlavə qaz verəcək

Tbilisi Rusiyadan qaz alınmasını bərpa etməklə nəyə nail olmaq istəyir?

Gürcüstan və Azərbaycan Cənubi Qafqaz Nəqliyyat Dəhlizini yeni səviyyəyə çıxarır

Ankara “Türk axını” qazını özü satmaq istəyir

Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan Bakıda qaz məsələlərini müzakirə edirlər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz