Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ankara “Türk axını” qazını özü satmaq istəyir

 

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, ölkə "Türk axını” layihəsinin həyata keçirilməsi məsələsində "Qazprom”a güzəşt etməyəcək.

"Moskva bizdə yalnız tranzit ölkə görür. Bizim üçün bunun heç bir mənası yoxdur. Biz birgə ixrac sisteminin yaradılmasında maraqlıyıq. Bu məsələ ilə bağlı prinsipial razılıq əldə edilib, amma Rusiya geri addım atıb”, deyə o qeyd edib.

Nazirin fikrincə, "Türk axını” həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verməlidir.

"Biz heç vaxt maraqlarımızı təhlükə altına qoyan güzəştlərə getməyəcəyik”, deyən nazir əlavə edib ki, Rusiya qazının qiymətində endirim problemi həll etmir.

Bir müddət əvvəl bildirilib ki, "Türk axını” dəniz qaz kəmərinin Rusiyadan Türkiyənin qərbinə ilk qolu 2016-cı ilin sonlarında işə salınmalıdır. O, Türkiyənin qərbinin Ukrayna tranziti yerinə təchiz edilməsinə yönələcək. Növbəti üç qol mərkəzi və cənubi Avropa ölkələrinə qaz ixracının Ukrayna tranziti ilə əvəz olunması üçün nəzərdə tutulub. Qaz kəmərinin gücünün ildə 60 mlrd. kubmetrə qədər təşkil edəcəyi nəzərdə tutulurdu.

.

contact.az

.

Maybe you are interested in:

Reuters Davutoğlu: Rusiya Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə yaradır

Tbilisi Rusiyadan qaz alınmasını bərpa etməklə nəyə nail olmaq istəyir?

Vladimir Putin və Rəcəp Tayyip Ərdoğan Bakıda qaz məsələlərini müzakirə edirlər

Türkiyənin baş naziri Rusiyanı Krımı işğal etməkdə ittiham edib

Putin Yerevandakı davranışına görə cavab verir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz