Putin Yerevandakı davranışına görə cavab verir
RF prezidentinin aprelin 24-də Yerevanda səsləndirdiyi düşünülməmiş və populist fikirləri və "erməni soyqırımını” tanıması "Türk axını” qaz kəməri layihəsinin dondurulmasına səbəb olub.
"Kommersant” qəzetinin məlumatına görə, bu layihə Rusiyanın "Qazprom” və Türkiyənin "Botas” dövlət şirkəti arasında danışıqlarda çıxılmaz vəziyyətə düşüb.
Formal səbəb endirim ölçüsü haqqındakı fikir ayrılıqları olub. Bu zaman hər iki tərəf ziyana uğrayır. "Qazprom” boru çəkən gəmilərinin yarım il fəaliyyət göstərməməsinə görə yüz milyonlarla avro itki verib, Ankara isə Rusiya qazını Avropadakı orta qiymətdən 100 dollar baha – min kubmetrini 370 dollara alır. Lakin Türkiyə Rusiya qazından 50 dollar ucuz olan maye qazın idxalını artırır. Nəticədə, apreldə Rusiyadan Türkiyəyə ixrac 38% azalıb.
Tərəflər gizlətmirlər ki, sazişi ləngidən amil RF prezidenti Vladimir Putinin "erməni soyqırımı” haqqında bəyanatı olub. Bu bəyanat Ankaranın kəskin tənqidinə səbəb olub.
* Xatırladaq ki, "Türk axını” Qara Dənizin dibi ilə Rusiyadan Türkiyəyə gedən qaz kəməridir. O, Avropa İttifaqının təcrid etdiyi "Cənub axını”nı (Rusiya-Bolqarıstan) əvəz etməli idi.
Türkiyə-Yunanıstan sərhədində qazın Avropa ölkələrinə nəqli üçün qaz stansiyasının tikintisi nəzərdə tutulurdu.
"Türk axını”nın gücü ildə 50-60 mlrd. kubmetr qaz təşkil etməli idi.
.
Maybe you are interested in:
Moskva və Ankara qarşılıqlı sanksiyalara hazırlaşırlar
Ankara “Türk axını” qazını özü satmaq istəyir