Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan-Rusiya ticarət əməkdaşlığının qaranlıq tərəfləri

 

Rusiya prezidenti Vladimir Putin iyunun 12-13-də Azərbaycana səfəri zamanı bildirib ki, 2014-cü ilin yekunlarına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 12% artıb, 2015-ci ilin birinci rübünün nəticələrinə görə 5% artıb.

V.Putin bu göstəriciləri pul vahidində ifadə etməyib. Lakin Turan agentliyi bu məlumatları  dəqiqləşdirərkən Rusiya və Azərbaycan tərəflərinin göstəriciləri arasında ciddi uyğunsuzluq aşkar edib.

Feredal Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə ikitərəfli əmtəə dövriyysi

$4 mlrd. təşkil edib, 2013-cü illə müqayisədə 12 faizlik artım olub. 2015-ci ilin birinci rübündə ikitərəfli ticarət $707 mln. (artım 5,8 %) təşkil edib.

  Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Rusiya ilə əmtəə dövriyyəsi $1,96 mırd. təşkil edib ki, bunun da $1,3 mlrd.-ı Rusiyadan Azərbaycana idxalın payına düşüb, Rusiyaya $640,3 mln.  həcmində ixracın payına deyil.

  2015-ci ilin birinci rübünün yekunlarına görə, əmtəə dövriyyəsi $396,06 mln. təşkil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 5% azdır.

  2015-ci ilin yanvar-mart aylarında Rusiyadan Azərbaycana ixrac $334,9 mln. təşkil edib.

Təhlillər göstərir ki, ya Rusiya gömrüyü 2014-cü il üçün əmtəə dövriyyəsini şişirdir, ya da Azərbaycan tərəfi $2,7 mlrd. azaldır. Bu uyğunsuzluq  birinci il üçün $311 mln. təşkil edib.

Rusiya tərəfin məlumatlarına görə, bu ilin 1-ci rübündə Azərbaycana $634,1 mln. həcmində mal ixrac edilib, Azərbaycan statistikasına görə, Rusiya ixracı   $334,9 mln. təşkil edib. Uyğunsuzluq arasındakı fərq $299,2  mln. təşkil edir.

Rusiya statistikasının məlumatlarının yalan olması ağlabatan deyil. Belə ki, bundan öncə də Turan-ın, eləcə də bəzi QHT və KİV-in araşdırmaları göstərib ki, Azərbaycan gömrüyü bütün ölkələrlə, o cümlədən Türkiyə, İran, Belarus və digərlərilə real əmtəə dövriyyəsini gizlədir.

Lakin hökumət və hüquq-mühafizə orqanları iqtisadiyyatda milyardlarla zərərə aparan bu miqyaslı cinayət faktlara heç cür reaksiya vermirlər.

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir

Azərbaycana pul köçürmələri azalıb

Azərbaycan iqtisadiyyatı bu il karbohidrogenlərdən asılılıq üzündən zəifləməkdə davam edəcək

Bakı və Paris hökumətlərarası iclasa hazırlaşır

Rusiya, Ermənistan və Azərbaycan ən çox hərbiləşdirilmiş ölkələr sırasındadır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz