Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan iqtisadiyyatı bu il karbohidrogenlərdən asılılıq üzündən zəifləməkdə davam edəcək

 

"Standard & Poor`s” kredit reytinqləri xidməti 2016-cı ildə Azərbaycanda adambaşına ÜDM-nin iki dəfə azalacağını proqnozlaşdırır. 21 fevral (-34,5%) və 21 dekabr devalvasiyası (- 48%) institutun gözləntiərinə adekvat təsir edib – ötən il bu göstərici $8 min idisə, 2017-ci ilin yanvarında $4,1 min təşkil edəcək.

Agentlik 2016-cı ildə Azərbaycanda inflyasiya üzrə proqnozu 2012-2015-ci illərdə orta hesabla 2%-ə qarşı 15% səviyyəsində təsdiq edib.

Manatın devalvasiyası AMB-yə xarici valyutada qalan ehtiyatları saxlamağa imkan verəcək və  büdcə göstəricilərinin dəstəklənməsinə şərait yaradacaq, amma həm də gəlirlərin mühüm dərəcədə azalmasına səbəb olacaq.

S&P xatırladır ki, Azərbaycan iqtisadiyyatı əmtəə ixracının 95%-ni təmin edən neft-qaz sektorundan əvvəlki kimi asılı vəziyyətdədir. Bundan başqa, AMB-nin xarici valyutada ehtiyatları 2014-cü ilin ortalarındakı $15 mlrd-dan bu ilin yanvarında $5 mlrd-a azalıb.

Agentlik qeyd edir ki, Azərbaycan iqtisadiyyatı korreksiya mərhələsindədir, çünki dünya bazarında neftin qiyməti ucuzlaşıb. Neftin ucuzlaşması iqtisadi artım perspektivlərinin pisləşməsi ilə şərtlənib, bununla əlaqədar manatın zəifləməsi isə gələcəkdə daxili istehlakın azalması, inflyasiyanın artımı, həmçinin real sərəncamda olan gəlir və investisiyaların azalmasına səbəb olub. 

.

www.contact.az

.

Maybe you are interested in:

Moody’s: 2016-cı ildə Azərbaycanda ÜDM-in səviyyəsi 0,7% azalacaq

«Standard and Poor’s» Azərbaycanın reytinqi "zibil" səviyyəsinə endirdi

“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə...”

Kurs əvvəlki kimidir, amma parlament seçkiləri kontekstində

Azərbaycan G20 sammitinə hazırlıq görüşündə iştirak edəcək

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz