«Standard and Poor’s» Azərbaycanın reytinqi "zibil" səviyyəsinə endirdi
ABŞ-dakı "Standard and Poor’s” reytinq agentliyi Azərbaycanın kredit reytinqini BB+səviyyəsinə endirib. Bu "spekulyativ”, yaxud "zibil” səviyyə sayılır. Səbəb neftin qiymətinin düşməsi və xarici valyuta ehtiyatlarının azalmasıdır.
"Azərbaycan karbohidrogen sektorundan çox asılıdır”,-reytinq agentliyi bildirir və əlavə edir ki, Azərbaycan iqtisadiyyatının bu il, milli valyutanın devalvasiyasına baxmayaraq azalacağını gözləyir.
Agentlik xəbərdarlıq edir ki, "xarici risklər artmaqdadır, Mərkəzi Bankın valyuta ehtiyatları 2014-cü ilin ortasından üçdə iki dəfə düşüb”
Ötən ilin sonunda «Standard and Poor’s» reytinq agentliyi Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya «BBB-» səviyyəsində saxladığını təsdiqləmiş, proqnozunu isə, əvvəlki qiymətləndirmədəki kimi, «mənfi» saxlamışdı.
«Standard and Poor’s»a görə, «BBB-» səviyyəsi və yuxarısı investisiyaya uyğun səviyyə kimi qəbul edilir.
Bundan aşağı olan «BB+» və sonrakı səviyyələr «investisiya yatırılmayacaq» və əsasən, «zibil» səviyyəsi adlandırılır.
Standard & Poor's - dünyada üç ən nüfuzlu reytinq agentliyindən biridir (Moody's və Fitch Ratings ilə yanaşı).
.
Maybe you are interested in:
Moody’s: 2016-cı ildə Azərbaycanda ÜDM-in səviyyəsi 0,7% azalacaq
“Financial Times” manatın çöküşü haqda: “Bu gedişlə...”
Azərbaycan Beynəlxalq Bankı devalvasiyanın ilk qurbanı oldu
“Azərbaycan Ukraynaya 1 milyard dollar verməyəcək”