Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan Beynəlxalq Bankı devalvasiyanın ilk qurbanı oldu

 

Beləliklə, manatın devalvasiyasının ilk qurbanı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri, 54 yaşlı müvəffəqiyyətli bankir oldu.

ABB Müşahidə Şurasının qısa məlumatında deyilir ki, o, səhhəti ilə əlaqədar vəzifədən (2001-ci ildən etibarən tutduğu vəzifədən – Turan) azad edilib.

Ölkənin ən böyük bankının rəhbəri öhdəliklərinin icrası müvəqqəti olaraq idarə heyəti sədrinin birinci müavini Emil Mustafayevin üzərinə qoyulub.

"Bankda Azərbaycan dövlətini təmsil edən Maliyyə Nazirliyi inandırıb ki, bundan sonra da ölkənin ən böyük bankının inkişafına tam dəstək göstərəcək”, deyə ABB-nin saytında təkcə ABB-nin əmanətçilərini deyil, digər əmanətçiləri də sakitləşdirmək üçün bildirilir.

2008-2009-cu illərin böhranından sonra ABB sədrindən narazı idilər və onun son təşəbbüsləri Maliyyə Nazirliyi və ölkə prezidenti tərəfindən dəstəklənmirdi və onun hazırki gedişi qanunauyğundur. Mustafayevə gəlincə, o, müvəqqəti fiqur hesab olunur, deyə bank sistemi üzrə ekspert bildirib.

ABB ölkənin ən böyük bankı və nəzarət səhm paketi dövlətə məxsus olan yeganə bankdır.

2013-cü ilin yekunlarına görə ABB MDB-nin ən böyük bankları siyahısında 31-ci yeri tutub. Onun aktivləri 24,5% artaraq, 9,8 milyard dollara çatıb. ABB-dən başqa, 4 digər Azərbaycan bankı da siyahıya düşüb, onlar 137-194-cü yerlər arasında qərar tutub.

Amma bankın tarixi göstərir ki, o, maliyyə böhranları sınağından çıxa bilmir, 2008-2009-cu illərdə və indi olduğu kimi.

2009-cu ilin oktyabr ayında "Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının bütün kreditlərinin təxminən üçdə birini problemli kreditlər kateqoriyasına aid edib. Bu gün müştərilərin bank kreditlərinin ödənişi ilə bağlı problemləri ABB-nin kredit portfelində 27,8% "pis borcların” yaranmasına gətirib çıxarıb.

Agentliyin ekspertləri bankın özünün təqdim etdiyi göstəricilərin təhlili zamanı bu nəticələrə gəliblər. Mütəxəssislər qeyd edirdilər ki, beynəlxalq standartlara görə, bu göstəricinin beş faizlik qiyməti aşması artıq həyəcan təbili çalmaq üçün əsas verir.

ABB nümayəndəsi Rauf Ağayev Azadlıq Radiosuna müsahibəsində bankın belə bir problemi olduğunu təsdiq edib.

Həm də 2008-2009-cu il maliyyə böhranı zamanı təkcə Beynəlxalq Bank problemlərlə qarşılaşmayıb. "Fitch Ratings”in Moskva ofisinin maliyyə təşkilatları üzrə direktoru Vladimir Markelovun həmin vaxt Turan agentliyinə verdiyi məlumata görə, 2009-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın bütün banklarının aktivlərinin keyfiyyəti pisləşib. Bu cəhətdən ən pis vəziyyət Beynəlxalq Bankda müşahidə olunub.

ABB-nin problemli kreditləri strukturunda 18,6% vaxtı keçmiş və 9,2% müştərinin bankla kreditin ödəniş şərtlərinin dəyişdirilməsi haqqında yenidən razılığa gəldiyi təkrar formalaşdırılmış kreditlərin payına düşür.

Elə həmin vaxt Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev Azadlıq Radiosuna müsahibəsində qeyd edib ki, bankın problemli kreditlərinin böyük hissəsi dövlət layihələrinə ayrılan vəsaitlərin payına düşür: "İnkişafı üçün vəsait ayırdığımız müəssisələr var, amma bu pullar hələ də qaytarılmayıb. Bəzi dövlət layihələrinin həyata keçirilməsi üçün uzun müddət tələb olunur”.

Eyni zamanda, Ağayev məhz hansı dövlət layihələri üzrə kreditlərin qaytarılmadığı haqqında suala cavab verməkdə çətinlik çəkib.

Həmin vaxt ölkənin Mərkəzi Bankı səmərəsiz bank sistemini dəstəkləmək üçün banklara 2%-lik mərkəzləşmiş kredit həcmini 10 dəfə artırıb.

İqtisadi Araşdırmalar Mərkəzi QHT-nin sədri Qubad İbadoğlu hesab edir ki, ABB-də və digər yerli banklarda bu problemin yaranması pis idarəetmə ilə bağlıdır. Onun sözlərinə görə, maliyyə menecerləri qlobal maliyyə böhranını nəzərə almalı və böhran şəraitində riskləri idarə etməyi bacarmalıdır.

ABB səhmlərinin yarısından çoxu (50,2%-i) dövlətə məxsusdur. İbadoğlunun sözlərinə görə, vəziyyət dərinləşdiyi halda dövlət bankı xilas etmək üçün tədbir görəcək. Ekspert hesab edir ki, bankların problemlərinin kredit ayrılması yolu ilə həlli yalnız müvəqqəti nəticə verəcək, daha əsaslı tədbirlərə ehtiyac var.

"Bank bazarında ayrı-seçkilik və giriş maneəsi mövcuddur və bazarın azad olması və rəqabət sayəsində inkişaf etməsi üçün bu maneələr aradan qaldırılmalıdır. Təəssüf ki, hökumət bu addımı atmır”, deyə İbadoğlu Azadlıq Radiosuna bildirib.

İslahatların həyata keçirilməsi prosesinin ləngidilməsi və neft qiymətlərinin azalmasından irəli gələn hazırki maliyyə böhranı zamanı da bənzər vəziyyət yaranmağa başlayıb.

İlk təbil 1 iyul 2014-cü ildə çalı 

  2008-2009-cu illərin böhranından sonra ABB sədrindən narazı idilər və onun son təşəbbüsləri Maliyyə Nazirliyi və ölkə prezidenti tərəfindən dəstəklənmirdi və onun hazırki gedişi qanunauyğundur.
nıb, həmin vaxt ABB sistemində yaranan texniki problemlər bankın fəaliyyətinin dayandırılmasına gətirib çıxarıb. "Rübün sonu və ezamiyyət mövsümünün başlanması ilə əlaqədar əməliyyatlar həddindən artıq çox idi, buna görə texniki problemlər yarandı”, bankda vəziyyəti belə izah etdilər.

 

Əsasən ABB-də cəmləşən xarici investorlar, əmanətçilər ötən il artıq neft qiymətlərinin azalmağa başlaması ilə Azərbaycanda yaxınlaşmaqda olan maliyyə böhranını hiss etməyə başladılar. Bu yaxınlarda Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov etiraf edib ki, 2014-cü ilin ikinci yarısında və 2015-ci ilin əvvəllərindən etibarən nəzərəçarpacaq dərəcədə xarici əmanətçilərin banklardan öz kapititalını çıxarması qeydə alınıb. Konkret rəqəmlər göstərilməsə də, qeyri-rəsmi məlumatlara görə söhbət yüz milyonlarla dollardan gedir.

Elə bu yaxınlarda, martın 6-da ABB vəziyyətin sabitləşməsi üçün fiziki şəxslər tərəfindən manatla yerləşdirilmiş depozitlər üzrə faiz qiymətlərini 2-3% artırıb.

Bu il martın əvvəllərində Fitch Ratings bildirib ki, Azərbaycan Beynəlxalq Bankına manatın devalvasiyasının nəticələrini aradan qaldırmaq və kapitallaşma göstəricilərini bərpa etmək üçün (ABB, "BB” / proqnoz "Sabit”/ "b-”), çox güman ki, əlavə dəstək lazım olacaq.

İdarəetmə hesabatları əsasında Fitch devalvasiyadan əvvəl ABB kreditlərinin 58%-nin xarici valyuta ilə verildiyini hesablayıb. Bu, o deməkdir ki, fevralın 21-də manatın kursunun ABŞ dollarına nisbətdə 0,78 manatdan 1,05 manata qədər - 34% ucuzlaşması manatla bankın kredit portfelinin dəyərinin təxminən 20% artmasına gətirib çıxarıb.

Risk nəzərə alınmaqla hesablanmış aktivlərin bu şəkildə artması həmçinin kapitalın kafiliyini tənzimləyən göstəricinin minimal olan 12%-dən aşağı səviyyəyə düşə biləcəyi (2014-cü ilin sonlarında 12,02%-dən) demək olardı. Bu, kapitalın fevralın 27-də Azərbaycan Mərkəzi Bankından alınmış 250 mln. manatlıq subordinasiya edilmiş borc formasında dəstəklənməsi ilə qismən kompensasiya edilib. Bundan başqa, ABB AMB-dən bir il müddətinə tənzimləyici tələblərdən yayınmaq üçün icazə alıb ki, buna əsasən kapitalın kafiliyini tənzimləyən göstəricinin 10%-ə qədər azaldılmasına yol verilir.

ABB menecmenti Fitch-ə bankın 100 mln. manatlıq kapitalın yeni emissiyasının keçirilməsini sürətləndirəcəyi haqqında məlumat verib. Bunun 50 mln. manatının martda Maliyyə Nazirliyi tərəfindən təqdim ediləcəyi gözlənilir. Bu emissiya 2013-cü ildə qəbul edilmiş 500 mln. manat həcmində bankın yenidən kapitallaşması proqramı çərçivəsində həyata keçiriləcək. Həmin proqram üzrə 2014-cü ilin sonlarına doğru artıq 200 mln. manat əldə edilib. Bundan başqa, aprelin 2-də səhmdarlar yığıncağı adi aksiyaların əlavə emissiyasının mümkünlüyünü müzakirə edəcək. Fitch ABB üçün yeni kapitalın verilməsində hər-hansı gecikmələr olarsa, kapitalın kafiliyi üzrə tənzimləyici tələblərdən yayınma icazəsinin uzadılacağını hesab edir.

Fitch ABB-nin devalvasiyanın birbaşa nəticəsi kimi hər-hansı ciddi ziyanları olacağını düşünmür, belə ki, bank, öz idarəetmə hesabatlarına əsasən, qısa açıq valyuta mövqeyini yanvar və fevral aylarında bağlayıb (2014-cü ilin sonlarına olan məlumata görə 1,4 mlrd. dollar və ya 1,3x kapital səviyyəsində idi). Eyni zamanda, mövqe manatın kredit portfelinin təxminən 17%-nin manatdan dollara çevrilməsi vasitəsilə bağlanıb ki, bu da portfelin daha çox dollarlaşmasına səbəb olub. Devalvasiyadan sonra valyutalı kreditlər portfelin 65%-ni təşkil edir ki, Fitch bəzi borcluların xarici valyuta ilə gəliri ola bilməyəcəyini nəzərə alaraq, bunu böyük kredit riski mənbəyi kimi qiymətləndirir.

ABB-nin sistemdə böyük əhəmiyyətini, mülkiyyətində dövlətin majoritar payını, dövlətin nisbətən əlçatan resurslarının kifayət qədər az olmasını və ABB-nin defoltu zamanı hakimiyyətin nüfuzuna dəyəcək potensial ziyanı nəzərə alaraq, ABB-nin emitentin uzunmüddətli defolt reytinqi və "BB” səviyyəsində prioritet borc reytinqi, zəzurət olarsa, Azərbaycan hakimiyyətindən zəif dəstək ehtimalını əks etdirir.

ABB nəzarət səhm paketi onu özəlləşdirməyə tələsməyən dövlətə məxsus olan yeganə bank olaraq qalmaqdadır. Aydın olmayan səbəblərdən hökumət 2012-ci ildə BVF tərəfindən hazırlanmış ABB-nin yenidən qurulması, islahatlar aparılması və özəlləşdirilməsi üzrə yol xəritəsini bir kənara qoyub. Onun həyata keçirilməsi, BVF-nin fikrincə, özəl bankların inkişafı üçün imkanlar yaradacaq, habelə ölkənin bank sistemi qarşısında duran riskləri müxtəlifləşdirəcək.

Azərbaycanda 46 bank fəaliyyət göstərir. Və ABB artıq xüsusi bir mövqe tutmur – Pasha Bank, Kapital Bank və s. onu ötüb keçir. Hazırda Azərbaycan banklarının aktivlərinin ÜDM-ə nisbət göstəricisi nisbətən aşağı səviyyədə - təxminən 30%-dir.

 

Turan Analitika Xidməti

.

contact.az

.

Maybe you are interested in:

Devalvasiya

ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev saxlanılıb

Sabotajla məşğul olan şəxslər ciddi cəzalanacaq

İlham Əliyev loyal mətbuatdan razıdır

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın həbsini kəskin şəkildə pisləyiblər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz