ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev saxlanılıb
Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyev dələduzluq və digər iqtisadi cinayətlərin törədilməsində şübhəli bilinərək saxlanılıb. O, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub ki, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
53 yaşlı C.Hacıyev bu il martın 18-də "səhhətilə əlaqədar” ABB bankının rəhbəri postundan istefa verib.
Bundan sonra bankın bir neçə keçmiş yüksək vəzifəli əməkdaşı və bankdan külli miqdarda kredit alan biznesmenlər həbs olunublar. Qeyri-rəsmi məlumatlara görə, ABB-yə qaytarılmayan kreditlərin həcmi 6 mlrd. dollara çatıb.
C.Hacıyevin yaxın qohumu Eldar Mahmudov oktyabrın 17-də öz vəzifəsindən çıxarıldıqdan sonra C.Hacıyevin dindirilməsinə başlanılıb.
.
Maybe you are interested in:
MTN-də “təmizləmə” işləri tam sürətlə gedir
“Global Construction” şirkətinin rəhbəri saxlanılıb
Yeni qalmaqalın – oliqarxgeytin arxasında nə durur?