MTN-də “təmizləmə” işləri tam sürətlə gedir
Milli Təhlükəsizlik Nazirliyinin yeni rəhbəri Mədət Quliyev ötən gün bir qrup yüksək vəzifəli zabiti işdən çıxarıb. Onların arasında 4 general, 5 polkovnik və podpolkovnik var. Bu barədə Turan-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub.
Bu general və zabitlər MTN Mərkəzi Aparatında bir sıra aparıcı idarə və qurumlara, həmçinin rayon şöbələrinə və hərbi hissələrə rəhbərlik ediblər.
Məlumatlı mənbələr bildiriblər ki, işdən çıxarılmalar davam edəcək, işdən kənarlaşdırılanların cinayət məsuliyyətinə cəlb olunacaqları istisna edilmir.
Bundan öncə Baş Prokurorluq MTN-in 7 zabitini həbs edib. Onların arasında da generallar var. Onlar sui-istifadə və vəzifə səlahiyyətini aşmaqda, əsasən pul almaqda, sahibkarların işinə müdaxilədə, qanunsuz qulaqasmalarda ittiham olunurlar.
Qeyri-rəsmi məlumatlara görə, MTN-də faktiki olaraq ağır cinayətlər törədən mütəşəkkil cinayətkar qrup – MCQ fəaliyyət göstərib.
Müxtəlif KİV-in məlumatına görə, MTN zabitləri biznesin ələ keçirilməsi, oğurluq, sahibkarlara və sıravi vətəndaşlara işgəncə verməklə məşğul olublar.
.
Maybe you are interested in:
ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev saxlanılıb
Sabotajla məşğul olan şəxslər ciddi cəzalanacaq