Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Dağıstanda qanlı toqquşma...

Bu gün səhər saatlarında Rusiyanın Milli Antiterror Komitəsi Dağıstanda bir qrup yaraqlının zərərsizləşdirilməsi üçün xüsusi əməliyyatın başladığı barədə məlumat yayıb.
Virtualaz.org saytı Rusiya mənbələrinə istinadən xəbər verir ki, Xasavyurt rayonunun Karlanyurt kəndində evlərdən birində bir qrup yaraqlı mühasirəyə alınıb. Yaraqlılarla atışmada üç xüsusi təyinatlı həlak olub, beşi yaralanıb.
"İlkin məlumata görə, onlar yaraqlıların yerini müəyyənləşdirmək istəyərkən pusquya düşüblər. Həlak olanların hamısı SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçüləridir”- deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Bir neçə saat davam edən atışma zamanı evdəki yaraqlıların da hamısı öldürülüb. Xüsusi əməliyyatın aktiv fazası başa çatıb, ilkin məlumata görə, dörd yaraqlı öldürülüb. Hazırda onların olduğu evi minaaxtaranlar araşdırır. Bundan iki gün əvvəl də Dağıstanımn Qızılyurt rayonunda yaraqlılarla xüsusi təyinatlılar arasında döyüş olmuş və iki yaraqlı öldürülmüşdü.

.

musavat.com

Дайджест

Maybe you are interested in:

“Sərhədsiz reportyorlar”: 2015-ci ildə 110 jurnalist öldürülüb

MTN-də “təmizləmə” işləri tam sürətlə gedir

Nazirliyin Monitorinq Mərkəzinin rəisi və Antiterror Mərkəzinin rəis müavini xüsusi əməliyyatla saxlanılıb

Yanğın qurbanlarının sayı 15 nəfərə çatdı

"Moskva" univermağı niyə yandı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz