Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Sərhədsiz reportyorlar”: 2015-ci ildə 110 jurnalist öldürülüb

 

2015-ci ildə bütün dünyada 110 jurnalist öz peşə fəaliyyətinə görə öldürülüb. Bu barədə beynəlxalq "Sərhədsiz reportyorlar” təşkilatının hesabatında deyilir.

Qeyd olunur ki, onlardan 67-i təqib və ya reportaj zamanı öldürülüb.  2005-ci ildən öldürülən jurnalistlərin sayı 787 nəfərə çatıb. İndiyədək 43 jurnalistin ölümünün  təfərrüatları araşdırılmayıb.

2015-ci ildə qətlə yetirilən jurnalistlər arasında 27 bloger və 7 nəfər KİV köməkçisi var.

İlk dəfə olaraq jurnalistlərin kütləvi şəkildə öldürüldüyü ölkələr sırasına Fransa da düşüb. Bu,  "Charlie Hebdo” jurnalının redaksiyasına qarşı terror aktının nəticəsidir. 12 nəfər həlak olub.

Jurnalistlərin qatilləri çox zaman hakimiyyət, oliqarxlar və kriminalla əlaqəsi olan cinayətkar qruplardır. Bu, bir çox ölkələrin mətbuat azadlığı və jurnalistlərin təhlükəsizliyinin təminatı üzrə öz öhdəliklərinə əməl etməməsi fonunda baş verir.

"Bütün bunlar beynəlxalq ictimaiyyətin böyük diqqətini tələb edir və BMT baş katibinin jurnalistlərin təhlükəsizliyi üzrə xüsusi nümayəndəsinin təyin edilməsi məsələsini gündəmə gətirir”, - təşkilatın baş katibi Kristof Delor bildirib.

.

www.contact.az

.

Maybe you are interested in:

“Sərhədsiz Reportyorlar” Qənimət Zahidovun qohumlarının təqibini pisləyir

Avropa Şurası jurnalistlərin müdafiəsi üzrə İnternet-platforma yaradır

Azərbaycan “Azadlıq indeksi”nin dibindədir

Jurnalistləri Müdafiə Komitəsi: 2014-cü il ən pis il olub

“Sərhədsiz reportyorlar”: Azərbaycanda jurnalistlərin polis tərəfindən oğurlanması adi hala çevrilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz