Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan “Azadlıq indeksi”nin dibindədir

 

"Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı dünyada mətbuat azadlığı səviyyəsinin illik indeksini açıqlayıb.

"Bu il Azərbaycan KİV və jurnalistlərə qarşı ən ağır repressiyalar yaşayıb və söz azadlığını ən çox pozan 20 ölkə arasında yer alıb. Ötən illə müqayisədə ölkə 180 ölkə siyahısında iki yer daha geriləyərək 162-ci yeri tutub”, deyə hesabatda bildirilir.

"Mətbuata, reklam bazarına birtərəfli nəzarət, müstəqil KİV-lərin məhv olması və ya bağlanması, tənqidçilərə qarşı həddindən artıq böyük məhkəmə cərimələri və ya redaksiyaların polis tərəfindən özbaşına bağlanması.

Avropada ən çox sayda həbs edilmiş jurnalist və bloger – Azərbaycanın göstəriciləri budur”, deyə hesabatda qeyd edilir.

Qeyd edək ki, Azərbaycan siyahıda Ruanda, Səudiyyə Ərəbistanı, Özbəkistan, Türkmənistan, Kuba, Şimali Koreya və ən çox azadlıqları pozan ölkə - Eritreya ilə qonşudur.

Maraqlıdır ki, İraq, Pakistan və Liviya, Efiopiya, Əfqanıstan və Kamboca kimi ölkələr Azərbaycandan öndə gedir.

Azərbaycanın region qonşuları – Ermənistan və Gürcüstan müvafiq olaraq 78 və 69-cu yerləri tutublar.

Ən azad ölkələrin ilk onluğu belədir: Finlandiya, Danimarka, Niderland, İsveç, Yeni Zelandiya, Avstriya, Kanada, Yamayka və Estoniya. 

.

contact.az

.

Maybe you are interested in:

Freedom House növbəti dəfə Azərbaycanı azad olmayan ölkələr sırasına daxil edib

Azərbaycanda repressiyalar Vaşinqtonda yeni müzakirələrin predmeti oldu

Beynəlxalq təşkilatlar Xədicə İsmayılovanın həbsini kəskin şəkildə pisləyiblər

Korrupsiya yerində sayır

“Sərhədsiz reportyorlar”: Azərbaycanda jurnalistlərin polis tərəfindən oğurlanması adi hala çevrilib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz