Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Freedom House növbəti dəfə Azərbaycanı azad olmayan ölkələr sırasına daxil edib

 

Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatı 2016-cı il üçün dünyada vəziyyətə dair illik hesabatını hazırlayıb. Hesabat  "Narahat diktatorlar, səbatsız demokratiyalar: qlobal azadlıq təzyiq altındadır” adlanır.

Sənəddə qeyd olunur ki, 2015-ci ildə dünyada bir-birini çulğalayan bir neçə böhran yaşanıb və nəticədə demokratik ölkələrdə ksenofobiya yaranıb, təbii ehtiyatlara söykənən ölkələrdə iqtisadiyyatlara ağır zərbə dəyib və bu da avtoritar rejimlərin fərqli düşüncə üzərinə hücumlarını şiddətləndirib. Bütün bunların nəticəsi olaraq artıq dalbadal 10-cu ildir ki, qlobal azadlıq tənəzzüldədir.

Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqdan imtina etməsi və Birləşmiş Ştatlarda neft hasilatının artması Anqoladan Azərbaycanadək neft dövlətlərində repressiv rejimlərin rifahı üçün təhlükə yaradıb.

Freedom House 195 ölkəni azad (86), qismən azad (59) və azad olmayan (50) ölkələrə bölüb.

Azərbaycan əvvəllər də olduğu kimi, azad olmayan ölkələrin sırasındadır.

Hesabatda qeyd olunub ki, Azərbaycanın bu reytinqi jurnalistlər, müxalifət fəalları və hüquq müdafiəçilərinə qarşı təqiblər, ədalətli məhkəmə araşdırması hüququnun olmaması ilə müəyyən edilib.

"Azərbaycanda sıx nəzarət altında keçirilmiş parlament seçkisi vətəndaş cəmiyyəti üzərinə intensiv hücumlar mühitində baş tutub və seçki müxalifətin boykotu şəraitində iqtidarın daha bir mənasız qələbəsi ilə başa çatıb”, - sənəddə vurğulanıb.

Azərbaycanın qonşuları  Gürcüstanla Ermənistan da qismən azad ölkələr sirasına daxil edilib.

Bu kateqoriyaya Dağlıq Qarabağ "ərazisi” də daxil edilib.

Azərbaycan azad olmayan 50 ölkə sırasında ötən illə müqayisədə 7 pillə geriləyərək 35-ci yeri tutub.

Bu qrupda Azərbaycanla yanaşı iki keçmiş sovet respublikası da var – Özbəkistan və Türkmənistan.

Hesabatda İnternet azadlığına görə Azərbaycan qismən azad ölkə kimi qeyd olunub.

.

www.contact.az

.

Maybe you are interested in:

Freedom House: Azərbaycanda vəziyyət pisləşməkdə davam edir

Arch Puddington: "Xədicəni azad et!”

Freedom House yenə də Azərbaycanı “qeyri-azad ölkə” adlandırıb

Freedom House: Azərbaycan qismən azad ölkə olaraq qalır

Azərbaycan iqtisadiyyatı azaddırmı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz