Freedom House yenə də Azərbaycanı “qeyri-azad ölkə” adlandırıb
Freedom House hüquq- müdafiə təşkilatı "Dünyada Azadlıq-2015” adlı illik hesabatını yayıb. Hesabat 195 ölkədə azadlığın səviyyəsini dəyərləndirib.
Hesabatda deyilir ki, 2014-ci ildə azadlığının vəziyyəti demək olar ki, hər yerində xeyli pisləşib.
Suriya dünyanın ən qeyri-azad ölkəsi sayılıb. Rusiyanın Ukraynanı işğalı isə demokratiyaya pis zərbə adlandırılır.
Bildirilib ki, Azərbaycan və Venesuelada siyasi məhbusların sayı 2014-ci ildə artıb. Azərbaycan son bir neçə ildə olduğu kimi, "qeyri-azad” ölkələr sırasında yer alıb. Bu onunla izah olunur ki, Azərbaycanda hökumət tənqidçilərinin, insan haqları fəalları və jurnalistlərə qarşı repressiyalar gücləndirilib. Onların həbsə atıldığı qeyd olunur.
.
Maybe you are interested in:
Freedom House: Azərbaycanda vəziyyət pisləşməkdə davam edir
Arch Puddington: "Xədicəni azad et!”
Freedom House: Azərbaycan qismən azad ölkə olaraq qalır