Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Freedom House: Azərbaycanda vəziyyət pisləşməkdə davam edir

 

Freedom House hüquq-müdafiə təşkilatı "Keçid dövrü ölkələri – 2015” adlı illik hesabatını dərc edib. Sənəddə Mərkəzi Avropadan başlamış Mərkəzi Asiyaya qədər müxtəlif regionlarda 29 dövlətdə vəziyyət təhlil edilir. "Amerikanın səsi” bildirib.

Freedom House hər ölkədə vəziyyəti yeddi əsas göstərici (elektoral prosesin durumu, vətəndaş cəmiyyətinin vəziyyəti, media müstəqilliyinin dərəcəsi, korrupsiyanın səviyəsi, idarəetmənin keyfiyyəti və s.) üzrə qiymətləndirir. Qiymətləndirmə 7 ballıq şkala üzrə aparılır və 7 bal ən pis göstərici sayılır.

Hesabata görə, Estoniyanın reytinqi 1,96 bal, Latviya 2,07, Litva 2,36, Gürcüstan 4,64 (yerli idarəetmə sahəsində müəyyən irəliləyiş var), Ukrayna 4,75 (dörd sahədə yaxşılaşma qeydə alınıb), Moldova 4,86, Ermənistan 5,36, Qırğızıstan 5,93 (vətəndaş cəmiyyətinin vəziyyəti pisləşib), Tacikistan

6,39 (iki sahədə tənəzzül, Rusiya 6,46 (dörd sahədə mənfi proseslər baş verib), Qazaxıstan 6,61, Belarus 6,71, Azərbaycan 6,75 (vətəndaş cəmiyyətində və məhkəmə sahəsində vəziyyət pisləşib), Türkmənistan və Özbəkistan hər biri 6,93 bal təşkil edib.

Sənəddə qeyd olunur ki, "demokratik islahatları sözdə dəstəkləyən avtoritar liderlər öz repressiya taktikalarını sistemləşdiriblər və inklyuziv siyasətin aparılmasından əsasən imtina ediblər.

.

contact.az

.

Maybe you are interested in:

Freedom House növbəti dəfə Azərbaycanı azad olmayan ölkələr sırasına daxil edib

USAID: Azərbaycan vətəndaş cəmiyyətinin inkişafının sabitliyi pisləşib

Human Rights Watch: Qərb Azərbaycanda insan hüquqlarının pozulmasını seyr edir

Freedom House yenə də Azərbaycanı “qeyri-azad ölkə” adlandırıb

Freedom House: Azərbaycan qismən azad ölkə olaraq qalır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz