Human Rights Watch: Qərb Azərbaycanda insan hüquqlarının pozulmasını seyr edir
Human Rights Watch beynəlxalq hüquq müdafiə təşkilatı dünyada insane hüquqlarının vəziyyəti haqqında illik hesabatını dərc edib.
656 səhifəlik hesabatda dünyanın 90 ölkəsində insan hüquqları sahəsindəki vəziyyət əksini tapıb və təhlil edilib.
Azərbaycana həsr olunmuş hissədə qeyd edilir ki, 2014-cü ildə ölkədə hakimiyyət tənqidçilərinə qarşı repressiyalar güclənib, insan hüquqları sahəsində onsuz da pis olan vəziyyət isə daha da dərinləşib.
33 hüquq müdafiəçisi, siyasi və vətəndaş fəalı siyasi motivli ittihamlarla həbs edilib və mühakimə olunub. Bundan başqa, vətəndaş qruplarının və onların rəhbərlərinin bank hesabları dondurulub.
Repressiyalar və təqiblər ölkənin Avropa Şurası Nazirlər Kabinetində sədrliyi dövründə də davam edib.
Tənqidçilərin səsini kəsmək üçün hakimiyyət onlara qarşı qanunsuz narkotik, silah saxlamaq, xuliqanlıq və hətta dövlətə xəyanət kimi saxta ittihamlardan istifadə edir.
Media azadlığı sahəsində vəziyyət çox ağırdır və hazırda 10 jurnalist, bloger və sosial media istifadəçisi həbsdədir.
2014-cü ildə qanunvericilik sərtləşdirilib, QHT-lərin və bütünlükdə vətəndaş cəmiyyətinin fəaliyyəti daha da məhdudlaşdırılıb. Xüsusən, cüzi pozuntulara görə belə inzibati və cinayət məsuliyyəti tətbiq edilib. Beləliklə, 50 QHT-nin faktiki olaraq bağlanması üçün şərait yaradılıb.
Avropa qurumları Azərbaycanı insan hüquqlarının pozulmasına görə tənqid etsələr də, Bakıya qarşı konkret sanksiyalar tətbiq edilməyib.
.
Maybe you are interested in:
Human Rights Watch: Leyla Yunusun həbs müddəti uzadıla bilər