Azərbaycan iqtisadiyyatı azaddırmı?
Beynəlxalq reytinq sıralamasında Gürcüstandan və Ermənistandan yenə geridəyik
Dövlət investisiyaları və parıltılı rəqəmlər hökumətin işini asanlaşdırır
«Heritage» Fondu və «Wall Street Journal» qəzetinin birgə hazırladığı İqtisadi Azadlıq İndeksi adlı hesabat iqtisadi azadlığın artdığını deyir.
20-ci ildir ki, çıxan hesabatda dünyada iqtisadi azadlıq 60,3 bal qiymətini alıb. Bu da keçən ildəkindən 0,7 bal çoxdur və ümumiyyətlə, indeksin 20 illik tarixində dünya üzrə ən yüksək göstəricidir. 2014-cü il İqtisadi azadlıq İndeksində 43 ölkə öz tarixlərində ən yüksək qiyməti alıb. 114 ölkədə iqtisadi azadlıq artıb.
"İqtisadi Azadlıq - 2014”-də Azərbaycan iqtisadi azadlığa görə 178 ölkə arasında 81-ci yerdədir. Azərbaycanın qonşuları aşağıdakı yerlərdədir:
Gürcüstan - 22
Ermənistan - 41
Qazaxıstan - 67
Rusiya - 140
İran - 173
1995-ci ildə yaradılan İqtisadi Azadlıq İndeksi 4 sahədə iqtisadi azadlığı müəyyən edir. Bu sahələr qanunun aliliyi, tənzimləmənin effektivliyi, hökumətin məhdud müdaxiləsi və açıq bazardır.
178 ölkənin hər birində bu sahələr üzrə iqtisadi azadlığın orta qiyməti çıxarılır. 80 baldan çox yığan iqtisadi azad ölkədir. 70-79,9 arası bal toplayan "əsasən azad”, 60-69,9 arası bal toplayan "orta hesabla azad”, 50-59,9 arası bal toplayan "əsasən qeyri-azad” ölkə hesab olunur. 50 baldan az toplayan ölkə isə iqtisadi azadlııq sıxışdırılan ölkədir.
Azərbaycan 61,3 bal yığıb və orta hesabla azad ölkələr sırasındadır.
Azərbaycanda keçən illə müqayisədə iqtisadi azadlıq 1,6 bal artıq toplayıb, yəni bu bir ildə hesabat müəlliflərinin fikrincə, Azərbaycanda iqtisadi azadlıq artıb. Dünyada iqtisadi azadlığın ən çox olduğu yer Honq Konqdur - 90 bal.
İkinci yerdə Sinqapur gəlir - 89 bal.
3-cü yerdəki Avstraliya 82 balla dünyanın iki liderindən xeyli geridədirm (azadliq.org).
Nətiq Cəfərli: «Azərbaycanda iqtisadi azadlığın səviyyəsi tək bir reytinqlə ölçülmür»
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, xarici təşkilatlar Azərbaycanda mövcud olan spesifik xüsusiyyətləri nəzərə almırlar. Bu da Azərbaycanın hesabatda orta sıralarda olmasına səbəb olur:
"Azərbaycanda neft pullarına görə dayanıqlı rezervlər var. Bunlarda təxminən 45 milyarddır. Dövlət külli miqdarda investisiya layihələri həyata keçirir. Bunlar Azərbaycanın bu il reytinqlərdə lazımlı olan yerini tutmağa imkan vermir. Bu indiqatorlara görə Azərbaycanda vəziyyət yaxşı olsa da, həmin quruluşlar bu investisiya layihələrinin həyata keçirilməsi haqqında məlumatsızdırlar. Ən əsas rəqəmlərə baxırlar, xüsusən də rəsmi rəqəmlərə. Ona görə belə bir nəticəyə gəliblər. Azərbaycanda iqtisadi azadlığın bərbad vəziyyətdə olması tək bir reytinqlə ölçülmür. Bunun üçün dünyada və Azəraycanda müxtəlif reytinqlər var. Rəqabətli mühitin olmaması, inhisarçılığın və korrupsiyanın yüksək olması digər reytinqlərdə öz əksini tapır”.
"Yalnız rəsmi qanunvericilikdə rəqabətlə bağlı heç bir problem yoxdur"
Natiq Cəfərli deyir ki, bu tip təşkilatlar reytinq cədvəli hazırlayarkən yalnız ölkənin rəsmi rəqəmlərinə və rəsmi qanunvericiliyinə baxırlar. Rəsmi qanunvericilikdə isə rəqabətlə bağlı heç bir problem yoxdur. Yəni, rəsmi qanunlara baxdıqda korrupsiyaya qarşı mübarizənin yüksək səviyyədə olduğu təsəvvürü yaranır. Çünki qanunlar o cür qəbul olunub. Problem onların uyğulanmasındadır. Azərbaycanda qanunvericilik kağız üzərindədir. Rəqabətə gəldikdə, ciddi bir problem ondadır ki, 8 ildən yuxarıdır ki, Milli Məclisdə Rəqabət Məcəlləsi təqdim olunub. Ancaq, bugünə qədər qəbul olunmayıb. 16 ilə yaxındır ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır. Bütün qonşularımızın bizdən öncə ora daxil olmasına baxmayaraq, Azərbaycan hələ də bu təşkilata daxil olmaq istəmir. Çünki, rəqabətli mühitin yaranacağından qorxur və daxildə olan inhisarçıların bu gedişat xoşlarına gəlmir. Çünki bazar açıldıqca, rəqabətli mühit artdıqca inhisarçıların gəliri azalacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu tip reytinqlər də yer alsa da bunun səbəbi rəsmi qanunvericilik və rəqəmlərdir. Uyğulanmalara gəldikdə isə real vəziyyətdə Azərbaycan reytinqlərdə sonuncu yerlərdədir”.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Xədicə İsmayılova: “Azadlıq”ı dəstəkləyək!
Davos forumu: Azərbaycan iqtisadi nailiyyətlərini itirə bilər
Şərh əlavə edin