E.Məmmədyarov: Azərbaycan Avrasiya İttifaqına daxil olmağı planlaşdırmır
Azərbaycanın gündəliyində Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaq məsələsi yoxdur. Təşkilatdan və üzv dövlətlərdən belə bir təklif də daxil olmayıb. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov jurnalistlərlə ötən ilin yekunlarına həsr olunmuş söhbətdə bildirib.
O, Azərbaycanın ölkə ərazisini işğal edən Ermənistanla bir iqtisadi və gömrük ittifaqında olmasının mümkün olmadığını qeyd edib.
Bununla belə, Məmmədyarov bildirib ki, Azərbaycanın Ermənistan istisna olmaqla, Aİİ ölkələri ilə ikitərəfli əsaslarla intensiv və qarşılıqlı iqtisadi əlaqələri var.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Bakı ATƏT-in Minsk Qrupunu tənqid edib
Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları
Şərh əlavə edin