Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Korrupsiya yerində sayır

Azərbaycan Transparency International-ın «Korrupsiyanı Qavrama İndeksi” reytinqində 29 xalla  175 ölkə arasında 126-cı sırada qərarlaşıb. Ötən il hesabatda Azərbaycan 177 dövlət arasında 127-ci göstərilmişdi. Bu da iki addım geri deməkdir.

Araşdırma 20-ci dəfə keçirilir və 0-dan (korrupsiyanın qavranmasının ən yüksək dərəcəsi) 100-ə qədər (ən aşağı) şkalası ilə dövlət sektorunda korrupsiyanın yayılmasının dərəcəsini əks etdirir. Beləliklə Azərbaycanın göstəricisi ortadan xeyli aşağıdır. Eyni ballarla Azərbaycanın qonşusu Toqo, Qambiya və qonduras olub.

Reytinqdə son üç yerdə Danimarka (92 xal), Yeni Zelandiya (91) və Finlyandiyadır (89). Qeyri-şəffaflığın son yerlərində ŞimaliKoreya və Somalidir (hər ikisində 8 xal).

Keçmiş SSRİ ölkələri arasında ən yüksək bal Gürcüstan (52), ən aşağı – Türkmənistandadır (17 xal). Qonşularımızdan Ermənistan 37 xal (bizdən yaxşı), Rusiya – 27 xal (bizdən pis) alıb. Moldova 35, Belarus  — 31, Qazaxıstan - 29, Ukrayna— 26, Tacikistan— 23, Özbəkistan — 18 xal alıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə,  ölkənin «Korrupsiyanı Qavrama İndeksi”ndəki mövqeyində irəliləyişin olmaması korrupsiya ilə bağlı neqativ tendensiyaları əks etdirir.

"Bu yaxınlarda aparılan sorğular göstərir ki, yerli əhalinin 85%-i korrupsiyanın inkişafın yolunda əngəl olduğunu hesab edir.

Bu daha çox 2010-cu il daşqınlar vaxtı özünü göstərdi, o zaman hökumət yarım milyard manatdan artıq (təxminən $ 1 mlrd) ayırdı və kağız üzərində xərclədi, bundan sonra Sabirabad, Salyan, Neftçala və saatlı rayonlarının fəal təbəqəsi "Kür” Vətəndaş Cəmiyyəti Qərargahının köməkliyi ilə FHN və yerli icra hakimiyyəti orqanlarına qarşı bir sıra məhkəmə təşəbbüsü qaldırdı, - deyə o qeyd edib.

Yerli sorğularda respondentlərin 80%-dən çoxu BMT-nin korrupsiyaya mübarizəyə dair "Qanunsuz varlanma” Konvensiyasının 20-ci maddəsinin təsdiqinin tərəfdarı kimi çıxış edir. Konvensiya əldə etdiyi əmlaka xərclənən vəsaitlərin mənbəyini izah edə bilməyən məmura qarşı cinayət cəzasını nəzərdə tutur. 


.

contact.az

.

Maybe you are interested in:

Davos forumu: Azərbaycan iqtisadi nailiyyətlərini itirə bilər

GFI: Azərbaycandan hər il qeyri-leqal olaraq 9,5 mlrd. dollar çıxarılır

Beynəlxalq Şəffaflıq Təşkilatı Azərbaycanın müdafiə sektorunda korrupsiya riskini “çox yüksək” qiymətləndirib

Azərbaycan “Azadlıq indeksi”nin dibindədir

Azərbaycan iqtisadiyyatı azaddırmı?

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz