Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Beynəlxalq Şəffaflıq Təşkilatı Azərbaycanın müdafiə sektorunda korrupsiya riskini “çox yüksək” qiymətləndirib

 

Beynəlxalq Şəffaflıq Təşkilatının Müdafiə və Təhlükəsizlik Proqramı (BŞ MTP) çərçivəsində hazırlanmış yeni  "Hökumətlərin müdafiə sahəsində antikorrupsiya indeksi” əsasən Azərbaycanın müdafiə sektoru "çox yüksək” korrupsiya riski ilə qarşı-qarşıyadır. Bu barədə Beynəlxalq Şəffaflıq Təşkilatının məlumatında deyilir.

Məlumatda bildirilir ki, 28 ölkənin korrupsiyaya qarşı hazırlıq səviyyəsinə  görə Azərbaycanın müdafiə sektorunda korrupsiya riski "çox yüksək” səviyyədə qiymətləndirilib və nəticədə Avropanın ən çox korrupsiya riski təhlükəsi altında olan ölkələrindən birinə çevrilib. Siyahıda Azərbaycanın yanında Əfqanıstan və Özbəkistan durur. Ermənistanda korrupsiya riski yüksək, Gürcüstanda isə orta qiymətləndirilir. 

Dünyada müdafiə sektorunda ən aşağı korrupsiya riski Böyük Britaniyadadır, ABŞ,  Almaniya və Hollandiyada isə korrupsiya riski aşağıdır.

Xəbərdə bildirilir ki, Azərbaycanda 2012 - 2015-ci illər üzrə Korrupsiyaya Qarşı Milli Fəaliyyət Planı və yüksək rütbəli hərbi qulluqçuların işdən azad olunması kimi son vaxtlar həyata keçirilmiş islahatlar hələ ciddi nəticələr verməyib.

"Yüksək rütbəli hərbi qulluqçuların hesabatlılığı aşağı səviyyədədir, parlament müdafiə xərcləri və siyasəti üzərində güclü nəzarət imkanlarına sahib deyil. Azərbaycanın müdafiə xərcləri 2015-ci ildə 27% artsa da bu vəsaitlərin xərclənməsi qeyri-şəffaf olaraq qalır. Parlament müdafiə sahəsində olan xərclərin planlaşdırılmasında cüzi rol oynayır və hərbi büdcə üzrə daxili və kənar auditlər keçirilmir, audit nəticələri ictimaiyyətə açıqlanmır”, - sənəddə qeyd edilir. 

BŞ MTP-nin direktoru Ketrin Dikson deyib: "Şəffaf və hesabatlı müdafiə institutları NATO-nun İttifaq olaraq təmsil etdiyi dəyərlərin həlledici hissəsi olmalıdır.  Kollektiv müdafiənin yenidən diqqət mərkəzində olduğu bu günlərdə NATO müdafiəsinə cavabdeh olduğu cəmiyyətlərin yüksək demokratik standartları ilə fərqlənən cəmiyyətlər olduğunu açıq bəyan etməlidir”.

Bu hesabat dünyanın müdafiə institutlarının dürüstlüyü haqqında aparılmış tədqiqatlar seriyasının bir hissəsidir. Tədqiqatın nəticələri göstərir ki, idarəçiliyin ən zəif olduğu Yaxın Şərq, Asiya və G20 ölkələrində qlobal hərbi xərclər daha sürətlə artmaqdadır, bu isə beynəlxalq sülhə və sabitliyə hədə törədir.

Beynəlxalq Şəffaflıq Təşkilatı NATO və Avropanın böyük dövlətlərini bu ölkələrə yanaşmalarında, xüsusilə mahiyyəti etibarilə qeyri-sabit olan cəmiyyətlərə hərbi imkanların ixracının yaratdığı risklər barədə daha uzaqgörən olmağa çağırır.

"Hökumətlərin müdafiə sahəsində antikorrupsiya indeksi” müdafiə və təhlükəsizlik institutlarında korrupsiya riski ilə əlaqədar institusional və qeyri-formal nəzarət mexanizmlərinin mövcudluğunu və səmərəliliyini, həmçinin onların icra vəziyyətini qiymətləndirir.

Beynəlxalq Şəffaflıq Təşkilatının ekspertlər komandası 77 indikator üzrə fərqli mənbələrdən və müsahiblərdən faktları toplayaraq hökumətlərə onların müdafiə institutlarında dürüstlüyün səviyyəsinin ətraflı qiymətləndirməsini təqdim edir.

.

www.contact.az

.

Maybe you are interested in:

Rusiyanın müdafiə naziri Ermənistan və Azərbaycanı atəşi dayandırmağa çağırıb

ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub

“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar

Azərbaycan “Azadlıq indeksi”nin dibindədir

Korrupsiya yerində sayır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz