Federal lәzgi
milli-mәdәni muxtariyyәti

İlham Əliyev loyal mətbuatdan razıdır

 

İyulun 22-də qeyd olunan Milli Mətbuat Günü ərəfəsində dövlət başçısı Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb.

"Milli mətbuatımızın böyük tarixi olması ilə qürur duya bilərik və təkcə müstəqillik illərində mətbuat tamamilə azad və müstəqil şəkildə fəaliyyət göstərməyə başlayıb”, deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, 1998-ci ildə senzuranın ləğvi ilə milli mətbuat tarixində yeni mərhələ açılıb. Əliyev həmçinin Mətbuat Şurasının işini yüksək qiymətləndirib.

Mətbuatın inkişafı üzrə islahatlar uğurla həyata keçirilir, milli KİV "cəmiyyətin strateji maraqları ətrafında birləşib, narahat edən məsələlər üzrə baxışlarda fərq yoxdur”.

Mətbuat milli strateji maraqları beynəlxalq səviyyədə müdafiə etməlidir, deyə Əliyev bildirib. Onun fikrincə, son illər bu məsələdə ciddi dönüş baş verib.

Eyni zamanda, o, ciddi tədbirlər ərəfəsində xarici mətbuatda Azərbaycana qarşı kampaniyaların "əlaqələndirilmiş” xarakterli olmasından şikayətlənib.

Erməni lobbisinin və digər dairələrin həyata keçirdiyi qarayaxma kampaniyası Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etmir, deyə o qeyd edib.

Əliyev həmçinin Azərbaycan haqqında həqiqətin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mətbuatın rolunun artırılması zərurətini vurğulayıb.

Daha sonra o, mətbuatın inkişafına dəstək vəd edib və Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinə dövlət başçısının 20 iyul tarixli sərəncamı ilə layiq görüldükləri mükafatları təqdim edib.

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan və Macarıstan strateji tərəfdaş olduqlarını bəyan ediblər

BMK Mogerinidən Bakıda mətbuat azadlığı məsələsini qaldırmağı xahiş edir

İlham Əliyev anti-Azərbaycan qüvvələrin fitnələri haqqında

Əli Həsənov: “Prezident İlham Əliyev istəyir ki, dövlət siyasətinin formalaşmasında hamı iştirak etsin”

Prezident İlham Əliyev: “Azərbaycanda söz azadlığı 100 faiz təmin edilir”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz