Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Prezident İlham Əliyev: “Azərbaycanda söz azadlığı 100 faiz təmin edilir”

 

"Sizcə Azərbaycanda mətbuat azadlığı yenidən necə bərpa edilə bilər ki, sizin reytinqiniz yaxşı olsun?” – bu sual çərşənbə günü Berlində mətbuat konfransı zamanı prezident İlham Əliyevə ünvanlanıb.

"Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, mənim reytinqim 90 faizə yaxındır.

Bu da yəqin ki, son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır.
O ki qaldı azadlıqlarla bağlı suala, deyə bilərəm ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda İnternetə heç bir məhdudiyyət qoyulmur, İnternet azaddır, senzura yoxdur. Azərbaycanda İnternet istifadəçilərinin sayı 75 faizə yaxındır”, - prezident bildirib.

"Eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər”, - İ.Əliyev bildirib.

"Siz hakimiyyəti tənqid edən mətbuat üzvləri ilə əməkdaşlığa hazırsınızmı” sualının cavabında dövlət başçısı deyib: " Əlbəttə, şübhəsiz. Çünki Azərbaycan artıq 2001-ci ildən Avropa Şurasının üzvüdür və Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri vaxtında, şərəflə yerinə yetirir”.

Sonra o bildirib ki, Azərbaycanda tənqidi fikrə, ümumiyyətlə, fikrə görə heç kim təqib olunmur, heç kim həbs edilmir.

Öz növbəsində Merkel Azərbaycanda vəziyyətin birbaşa qiymətləndirilməsindən yayınıb. "Biz bu haqda da fikir mübadiləsi apardıq. İnsan hüquqlarının həyata keçirilməsi ilə əlaqədar müəyyən tənqidi məqamlar da təbii ki, qeyd olunur və düşünürəm, biz Azərbaycan prezidenti ilə eyni fikirdəyik ki, əməkdaşlığımızı intensivləşdirək, əlaqələrimizi daha da sıxlaşdıraq. 
Düzdür, müəyyən məsələlərlə əlaqədar fikir müxtəlifliyi də mövcuddur və bu, normal haldır”, - o bildirib.

İqtisadi əməkdaşlığa toxunan Merkel deyib ki, Azərbaycanla ticarət dövriyyəsi
2,5 milyard avro təşkil edir. "Düşünürəm ki, Azərbaycanda infrastrukturun yenidən bərpa olunması ilə əlaqədar biz əməkdaşlıq edə bilərik.

Eyni zamanda, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar müəyyən töhfəmizi verə bilərik”, - o vurğulayıb.

.

contact.az

.

Maybe you are interested in:

Avropa Şurasının İnternet azadlığına dair konfransı

İlham Əliyev 210 məhbusu əvf edib, aralarında bir nəfər belə siyasi məhbus yoxdur

Mehman Əliyev: Gürcüstan Cənubi Qafqazda söz azadlığı sahəsində liderlik edir

A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib

İlham Əliyev Avropa Komissarı ilə insan hüquqları problemini müzakirə edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz