Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əli Həsənov: “Prezident İlham Əliyev istəyir ki, dövlət siyasətinin formalaşmasında hamı iştirak etsin”

 

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov cümə axşamı Beynəlxalq Mətbuat Mərkəzində partiya nümayəndələri ilə 2,5 saatadək davam edən görüşün yekunlarından razıdır."Biz  xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələləri əvvəldən razılaşdırılmış şəkildə müzakirə edəcəyik”, - o bildirib və əlavə edib ki, bundan sonra müzakirəyə çıxarılacaq mövzular əvvəlcədən müəyyən ediləcək və arzu edən hər kəs dəvət olunacaq.

"Prezident İlham Əliyevin mövqeyi ondan ibarətdir ki, Azərbaycanda bütün institutlar, QHT-lər, siyasi təşkilatlar, mətbuat orqanları dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etsin, Azərbaycan şəffaf cəmiyyətə malik olsun, siyasi islahatlar davam etdirilsin”, - Ə.Həsənov bildirib.

Partiya nümayəndələri ilə görüşün yekunlarından razı qalıblar. Ümumi rəyə görə, qaldırılan məsələlər hökumətin müzakirəsinə çıxarılmalı və real addımlar atılmalıdır.

"Bundan sonrakı görüşlərdə seçki islahatları ilə bağlı məsələ müzakirə edilməlidir”, - Xalq Partiyasının sədri Pənah Hüseyn  bildirib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, siyasi məhbuslarla bağlı siyasi partiyaların prezidentə müraciət edəcəyi barədə də razılıq əldə olunub.  -03C06-

*   *   *

2015 Fevral 12 (Cümə axşamı) 14:21:40

Hakimiyyət və siyasət partiyaları nümayəndələrinin görüşləri müntəzəm olacaq – iki ayda bir. Bu barədə jurnalistlərə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bir sıra partiya liderləri ilə bugünki görüşünün yekunlarını şərh edərkən bildirib.

O, həmçinin bildirib ki, növbəti görüşlərin gündəliyi əvvəlcədən razılaşdırılacaq.

Bu zaman bütün partiyaların nümayəndələri görüşlərə dəvət ediləcək, deyə o bildirib. -03B06-

*   *   *

2015 Fevral 12 (Cümə axşamı) 11:52:52

Beynəlxalq Mətbuat Mərkəzində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun siyasi partiya nümayəndələri ilə görüşü başlayıb.

Görüş Prezident Administrasiyasının təşəbbüsü ilə keçirilir və hakimiyyət və müxalifətin dialoqu kimi qələmə verilir.

Həsənovla yanaşı, görüşdə onun müavini Tahir Süleymanov və həmin şöbənin sektor müdiri Elman Paşayev də iştirak edir.

Siyasi partiyaları Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri Əli Əliyev, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, Azadlıq Partiyasının rəhbəri Əhməd Oruc, Milli Istiglal Partiyasının sədri Yusif Bağırzadə, Aydınlar Partiyasının rəhbəri Qulamhüseyn Əlibəyli, Milli Dirçiliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Kommunist Partiyasının sədri Rauf Qurbanov, Vahid Kommunist Partiyasının sədr müavini Musa Tukanov təmsil edirlər.

Görüşü açan Həsənov deyib ki, hazırki müzakirələrin, dekabrın 13-də keçirilmiş əvvəlki görüş kimi, konkret gündəliyi yoxdur. Onun sözlərinə görə, hakimiyyət istənilən mövzuları müzakirə etməyə hazırdır və növbəti görüşdə konkret məsələlərə baxıla bilər.

Öz növbəsində, Mirəlioğlu partiyalar adından Həsənovdan mətbuat qarşısında prezidentin əvvəlki görüşdə müxalifətin qaldırdığı məsələlərə reaksiyası haqqında məlumat istəyib.

Lakin Həsənov imtina edərək, bu barədə mətbuatın iştirakı olmadan məlumat verəcəyini deyib.

Qeyd edək ki, görüşdə iki aparıcı müxalifət Partiyasının – Xaql Cəbhəsi və Müsavat partiyalarının nümayəndələri iştirak etmir. AXCP dəvət almayıb, Müsavat isə görüşün gündəliyinin və formatının əvvəlcədən aydın olmaması ilə əlaqədar iştirakdan imtina edib.

Bugünki görüşün iştirakçılarına gəlincə, bu partiyaların əksəriyyəti müxalifətdən daha çox, hökumətyönlü partiyalardır. 

.

contact.az

.

Maybe you are interested in:

A.Rəhimov: Avropa Oyunları 1 mlrd. manata başa gəlib

Prezident İlham Əliyev: “Azərbaycanda söz azadlığı 100 faiz təmin edilir”

Əli Həsənov ABŞ-la tərəfdaşlıq şərtlərini açıqlayıb

Əli Həsənov: “Qərbdən qorxmuruq”

Əli Həsənovun siyasi partiyalarla görüşünün yekunları barədə

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz