Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Əli Həsənovun siyasi partiyalarla görüşünün yekunları barədə

 

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun 17 siyasi partiyanın rəhbəri ilə üçsaatlıq görüşünün yekunlarına əsasən bu məsləhətləşmələrin davam etdirilməsi və onların formatının genişləndirilməsi qərara alınıb.

Ə.Həsənov jurnalistlərə bildirib ki, görüşdə "partiyaları və vətəndaşları narahat edən” ictimai-siyasi, sosial-iqtisadi məsələlər, xarici siyasət və beynəlxalq münasibətlər müzakirə olunub.

Görüş zamanı həbs olunan şəxslərin məsələsi qaldırılıb, seçki və seçki komissiyaları mövzusuna toxunulub.

Ə.Həsənovun sözlərinə görə, siyasi partiyalar onların fəaliyyətinin dövlət tərəfindən maliyyələşdirilmsi, mənzil-qərargahla təmin edilməsi, həmçinin KİV-in sərbəst fəaliyyəti üçün şəraitin yaradılması məsələsini qaldırıblar.

Ümid Partiyasının rəhbəri, deputat İqbal Ağazadə görüşü "ilk addım” adlandırıb.

İndi söz hakimiyyətindir. Siyasi məhbuslar probleminin həlli, Seçki Məcəlləsində islahatlar üzrə addımlar atılmalıdır.

İ.Ağazadə təəssüflə bildirib ki, görüş zamanı bəzi partiyalar öz mövqelərini aydın izah edə, nə istədiklərini açıqlaya bilməyiblər.

Cəmiyyətdə çəkisi olan digər müxalifət partiyalarının da dialoqa cəlb olunması təklif edilib.

Demokrat Partiyasının lideri Sərdar Cəlaloğlu qeyd edib ki, bu, sadəcə görüşdür. Bu prosesin dialoq olub-olmayacağı hakimiyyətin cəmiyyəti narahat edən problemlərin həllinə hazır olub-olmamasından asılı olacaq.

Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu görüşü "birinci dəfə üçün normal” adlandırıb.

Belə görüşlərin nəticələrinə əsasən cəmiyyəti narahat edən məsələlər tədricən həll oluna bilər.

O, həmin görüşlərdə mövcud problemlərin həlli yolları barədə ümumi rəyin ortaya qoyulması üçün bütün müxalifət qüvvələrinin belə görüşlərdə iştirakına tərəfdar olduğunu bildirib.

Növbəti görüşün tarixi açıqlanmayıb.

.

contact.az

.

Maybe you are interested in:

Gesselin Azərbaycan vətəndaş cəmiyyəti ilə görüşü

Avropa Şurasının nümayəndələri Bakıda siyasi məhbuslar problemini müzakirə ediblər

Əli Həsənov Azərbaycan prezidentinin köməkçisi oldu

Əli Həsənov: “Prezident İlham Əliyev istəyir ki, dövlət siyasətinin formalaşmasında hamı iştirak etsin”

Pənah Hüseyn: “Dialoq üçün ilk öncə siyasi məhbuslar azad edilməlidir”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz