Gesselin Azərbaycan vətəndaş cəmiyyəti ilə görüşü
Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi, Siyasi Direktorluğun rəhbəri Aleksandr Gessel Azərbaycana səfəri çərçivəsində vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.
Görüş iştirakçılarından biri, ReAl hərəkatının icraçı katibi Natiq Cəfərlinin Turan-a verdiyi məlumata görə, görüş 3,5 saata yaxın davam edib.
Azərbaycan vətəndaş cəmiyyətini narahat edən məsələlər, o cümlədən siyasi məhbuslar məsələsi müzakirə olunub.
Cəfərlinin sözlərinə görə, Gessel mövcud problemlər haqqında yaxşı məlumatlı olduğunu və onları həll etmək istəyi nümayiş etdirib.
Gessel qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı nəzərə alınmaqla, ReAl lideri İlqar Məmmədovun işi Avropa Şurasının diqqət mərkəzindədir.
Gesselin sözlərinə görə, Məmmədovun azad edilməsi digər problemlərin həlli üçün təkan olardı.
Görüşdə həmçinin hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Eldar Zeynalov, NİDA fəalı Turqut Qəmbər və başqaları iştirak ediblər.
.
Maybe you are interested in: