İlham Əliyev anti-Azərbaycan qüvvələrin fitnələri haqqında
Azərbaycan heç bir ölkə ilə əlaqələrini pozmayıb, bu barədə prezident İlham Əliyev dünən hökumətin iclasında bildirib "Biz heç bir ölkə ilə əlaqələrimizi pozmamışıq. Heç bir ölkə ilə heç bir gərginliyimiz yoxdu”, deyə Əliyev bildirib.
Azərbaycanın xarici siyasəti "çox fəal, elastikdir və milli maraqlar üzərində qurulur”.
Biz kiminsə göstərişi ilə addım atmırıq və düşünülmüş addımlar atırıq. Bizi nəyə isə məcbur edə biləcək və ya maraqlarımıza uyğun olmayan hansısa kampaniyalara cəlb edə biləcək bir qüvvə yoxdur, deyə Əliyev sözünə davam edib.
"Azərbaycan çoxistiqamətli xarici siyasət həyata keçirir”, deyə prezident Səudiyyə Ərəbistanına və Vatikana bu yaxınlarda baş tutan səfərlərini qeyd edib. "Səudiyyə Ərəbistanı müsəlman dünyasının mərkəzidir, bu ölkədə bizim ziyarətgahlarımız yerləşir, Vatikan isə xristian dünyasının mərkəzidir. Dini, milli, mənəvi dəyərlərimizə sadiq qalaraq, Azərbaycan uğurla, əmin addımlarla müasirləşmə yolunda irəliləyir”, deyə Əliyev bildirib.
Eyni zamanda, Əliyev yenə "anti-Azərbaycan qüvvələrin” fitnələrindən şikayət edib.
Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, işlərimizə kölgə salmaq, bizə ləkə yaxmaq istəyən dairələr öz səylərinə davam edirlər. Lakin nə Azərbaycanda, nə onun hüdudlarından kənarda onların səyləri nəticə vermir və verə də bilməz.
Biz onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik”, deyə Əliyev qeyd edib.
.
Maybe you are interested in:
İlham Əliyev loyal mətbuatdan razıdır
İlham Əliyev Həştərxan qubernatorunu təltif edib