Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan G20 sammitinə hazırlıq görüşündə iştirak edəcək

 

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev martın 26-27-də İzmirdə "Böyük iyirmilik” (G20) sammitinə hazırlıq görüşündə iştirak edəcək.

G20 sammiti noyabrda Antalya şəhərində keçiriləcək. Sammitə hazırlıq çərçivəsində hökumət və dövlət nümayəndəəri səviyyəsində müzakirələr aparılır.

İzmir görüşündə Azərbaycan nümayəndə heyətində İqtisadiyyat və Sənaye, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika nazirlikləri və Baş Prokurorluğun nümayəndələri təmsil olunacaqlar.

Toplantıda G20 gündəliyi üzrə qlobal iqtisadiyyat, maliyyə tənzimlənməsi, vergi, məşğulluq, ticarət, antikorrupsiya, inkişaf və enerji məsələləri müzakirə ediləcək.

Ötən ilin noyabrında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 2015-ci ildə G20 sammitini qəbul edən tərəf kimi Azərbaycan prezidenti İlham Əliyevi forumda şəxsi qonaq kimi iştiraka dəvət edib.

2014-cü il dekabrın 1-də telefon söhbəti zamanı İ.Əliyev dəvətə görə R.T.Ərdoğana təşəkürünü bildirib.

Azərbaycan XİN-in məlumatına görə, beləliklə, rəsmi Bakı 1 dekabr 2014 – 30 noyabr 2015-ci il tarixlərində Türkiyənin G20 sədrliyi çərçivəsində Azərbaycan Respublikası G20 platformasında təşkil olunacaq bütün tədbirlərdə tamhüquqlu üzv kimi iştirak etməyə dəvət edilib. 

Ötən sammit 2014-cü il noyabrın 15-16-da Avstraliyanın Brisbörn şəhərində keçirılib. Sammitin əsas mövsuzu təhlükəsizlik və Ukrayna mövzusu olub.

Qəbul olunan yekun kommünikedə tərəflər 2015-2016-cı illərdə korrpusiyaya qarşı mübarizəyə dair fəaliyyət planını təqdir ediblər, bundan ötrü dövlət və özəl iqtisadi sektorların şəffaflığının birgə artırılması barədə razılığa gəliblər, beynəlxalq infrastruktur mərkəzinin yaradılmasının vacibliyini qeyd ediblər, ABŞ-ı BVF-in islahatlarına mane olmamağa çağırıblar.

"Böyük iyirmilik”  (G20) iqtisadiyyatı inkişaf etmiş və inkişaf eməkdə olan dövlətlərin hökumətlərinin və mərkəzi bank rəhbərlərinin forumudur. Məqsəd beynəlxalq maliyyə sisteminə aid məsələlər üzrə məsləhətləşmələr aparmaq və əməkdaşlıq etməkdir.

G20-nin iştirakçıları – Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa İttifaqıdır. Bundan əlavə, G2-nin görüşlərində adətən müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Onların arasında Maliyyə Sabitliyi Şurası, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı da var.

Ümumilkdə, G20 dünya ümumi daxili məhsulun 85%-ni, dünya ticarətinin 75%-ni (Aİ daxilində ticarət daxil olmaqla) və dünya əhalisinin üçdə iki hissəsini təmsil edir.

.

contact.az

.

Maybe you are interested in:

Planlaşdırılmamış səfər

Prezident İlham Əliyev Türkiyə və Rusiya arasında vasitəçiliyə təşəbbüs göstərə bilər

İlham Əliyev İtaliyanın iqtisadiyyat nazirini qəbul edib

Bakı və İslamabad Kaşmir və Qarabağın təsiri altındadır

İlham Əliyev AŞPA həmməruzəçilərini və Britaniyanın elçisini qəbul edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz