Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Planlaşdırılmamış səfər

 

Azərbaycan Prezidenti İlham Əliyev martın 15-də Türkiyəyə əvvəlcədən planlaşdırılmamış, vəziyyətin şərtləndirdiyi qısamüddətli səfər edib. Bu səfər martın 14-də Ankarada törədilmiş terror aktından sonra, xüsusən prezident Recep Tayyip Erdoğan tərəfindən Azərbaycanın Türkiyə ilə həmrəylik jesti kimi qələmə verilib və qəbul edilib.

Terror aktı Erdoğan və Əliyevin son bir ayda yüksək səviyyədə Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Şurasının sayca 5-ci iclasını keçirmək üzrə ikinci cəhdini pozub. Şuranın beşinci iclası fevralın 18-də Gəncədə keçirilməli idi, amma bir gün əvvəl Ankarada baş vermiş rezonans doğuran terror aktından sonra təxirə salınıb. Sammitin martın 15-də Azərbaycan ərazisində, bu dəfə Bakıda keçirilməsi üzrə ikinci cəhd də yenə Ankarada, yenə bir gün əvvəl törədilmiş terror aktı ilə pozuldu. Hər iki partlayış "canlı bombalar” tərəfindən dövlət müəssisələrinin – ordunun və polisin yanında törədilib. Terror aktlarını təsadüf adlandırmaq olmaz. Aşağıdakı amillər bunu təsdiq edir: vaxt (sammitdən bir gün əvvəl), yer (Ankara, ordunun və polisi yerləşdiyi yer), hadisələr (Strateji Əməkdaşlıq Şurası), icraçılar (PKK).

İclasın gözlənilmədən Türkiyə paytaxtına, terrorçuların əsas zərbələrinin yönəldiyi ölkənin mərkəzinə keçirilməsi praktiki olaraq hər iki tərəfin artıq terrorun təzyiqinə boyun əymək istəmədiyini və artıq görüşü təxirə salmaq niyyətində olmadığını göstərdi. Və Əliyevin komandası ilə birlikdə səfərini terror aktı təşkilatçılarına nümayişkaranə cavab kimi qiymətləndirmək olar.

Amma sammitin gözlənilmədən Ankaraya köçürülməsinin başqa motivləri də var. Bu isə Şuranın iclasının nəticələri üzrə imzalanmış protokollarda yer alan məsələlərin deyil, artıq təxirə salınması mümkünsüz olan bəzi mühüm məsələlərin təkbətək müzakirəsi zərurəti ola bilər. Və ola bilər ki, terror aktlarının arxasında duran üçüncü tərəf məhz tərəflər üçün mühüm olan bu məsələlərin müzakirəsinə yol vermək istəmirdi. Ankara ardıcıl olaraq iddia edir ki, terror aktları Suriya və Kürdüstan İşçi Partiyasi (PKK) ilə bağlı kürd terrorçuları tərəfindən həyata keçirilib. Bu, öz-özlüyündə belə bir nəticəyə gətirib çıxarır ki, prezidentlər arasında danışıqların gündəliyinə: 1. Suriyada böhran; 2. Kürd terror təhlükəsi; 3. İqtisadi böhran; 4. Birləşmiş Ştatların təklif etdiyi islahatlar daxil ola bilərdi.

Suriya 

  Prezidentlər arasında danışıqların gündəliyinə: 1. Suriyada böhran; 2. Kürd terror təhlükəsi; 3. İqtisadi böhran; 4. Birləşmiş Ştatların təklif etdiyi islahatlar daxil ola bilərdi.
böhranı türk ordusunun xüsusilə Ankaraya qarşı silahlı separatçı mübarizə aparan kürd terrorçularına əvvəlcə gizli, daha sonra isə açıq dəstək bazası olan Suriyada xaosun başlamasından sonra artmaqda olan PKK təhlükəsinə qarşı hərbi kampaniyasına təkan verdi. Erdoğan Suriyada və regionda sülhün bərqərar olacağı ana qədər kürd döyüşçülərini zəiflətmək məqsədilə onlara qarşı preventiv ordu zərbələri endirmək məcburiyyətində qalıb. Eyni zamanda, PKK-nın Azərbaycanda güclü siyasi-iqtisadi kökləri var ki, bu da Əliyevin xarici siyasət davranışına təsir edir. Bu mənada PKK Əliyevin ABŞ və Amerika institutları ilə Vaşintqonun heç vaxt olmadığı qədər ardıcıl surətdə israr etdiyi Azərbaycanda siyasi və iqtisadi sistemdə islahatlar haqqında danışıqlarının pozulmasında maraqlı ola bilərdi.

 

Son 15 ildə məhz Erdoğan Azərbaycanda islahatlar məsələsində Azərbaycan və Amerika administrasiyaları arasında mühüm vasitəçi kimi çıxış edir. Məhz Erdoğan ötən ilin noyabrında prezidentlər Obama və Əliyevin bir-birinin əlini sıxmasını təşkil edib ki, diplomatik dildə bu, Bakının Amerika-Azərbayca münasibətləri gündəliyində Vaşinqton tərəfindən təklif edilmiş məsələlərin müzakirəsinə başlamağa razılığı demək idi. Noyabr görüşündən sonra yavaş-yavaş da olsa, Əliyev islahatlar aparılması üzrə ayrı-ayrı addımlar atır, ABŞ isə Əliyev administrasiyasına qarşı öhdəliklərin pozulmasına görə sanksiyalar tətbiq edilməsi təşəbbüsü irəli sürür, daha sonra isə bunu təxirə salır. Bu, tərəflərin nəticələr əldə edilməsi deyil, aktiv müzakirələr mərhələsində olduğuna dəlalət edir. Bu mənada bu danışıqların həlldedici aralıq mərhələsi martın sonlarında Nyu-Yorkda keçiriləcək nüvə sammitidir, Əliyev bu sammitə dəvət edilib, amma, təbii ki, nüvə proqramlarının müzakirəsi üçün deyil.

Bu sammitə qədər Əliyevin ölkənin demokratikləşməsi, iqtisadiyyatın inhisardan azad edilməsi, şəffaflığın artırılması və s. üzrə növbəti addımlarının daha aydın mənzərəsini təqdim etməsini gözləyirlər. Noyabrda ABŞ prezidenti ilə əl sıxdıqdan sonra Əliyev onu əhatə edən siyasi və maliyyə qruplarını, o cümlədən PKK-nı təmsil edən, Azərbaycanda kriminal dövlət sistemində islahatlar aparılmasında maraqlı olmayan qrupları nəzərə alaraq, islahatlar (onun bu islahatlarda şəxsən maraqlı olduğunu demək olmaz) istiqamətində yavaş və ehtiyatlı addımlar atmağa başlayıb. Erdoğanla məsləhətləşmələr məhz bu məsələyə aid ola bilərdi.

Turan Analitika Xidməti

.

www.contact.az

.

Maybe you are interested in:

Türkiyə BMT TŞ ölkələri səfirlərinin toplantısını çağırıb

Prezident İlham Əliyev Türkiyə və Rusiya arasında vasitəçiliyə təşəbbüs göstərə bilər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Ankaradakı terror aktı ilə əlaqədar Azərbaycanlı qız axtarışdadır

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirəcəklər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz