Ankaradakı terror aktı ilə əlaqədar Azərbaycanlı qız axtarışdadır
Oktyabrın 10-da Ankarada baş vermiş partlayışla əlaqədar axtarışda olanlar arasında Azərbaycanlı Ülkər Məmmədova da var, xəbəri Türkiyə KİV-ləri yayıb.
Öz növbəsində, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov bildirib ki, Türkiyə hökuməti heç vaxt Azərbaycana Türkiyədəki terror aktlarında iştirak edən Azərbaycan vətəndaşları və ya Azərbaycan milliyyətli şəxslərlə bağlı sorğu ilə müraciət etməyib.
Zeynalovun sözlərinə görə, konsulluq əməkdaşlarından biri Türkiyə tərəfi ilə birlikdə Məmmədovanın Azərbaycanla əlaqəsinin olub-olmadığını araşdırır.
"Biz artıq müvafiq qurumlara sorğu göndərmişik və cavab gözləyirik. Konsulluğumuz regionda terror aktları ilə əlaqədar hüquq-mühafizə orqanları ilə birlikdə işləyir”, deyə Zeynalov bildirib.
.
Maybe you are interested in:
Planlaşdırılmamış səfər
Türkiyədə davam edən siyasi savaşda “Azərbaycan izi”