Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir
SOCAR və "Transneft” 2016-cı il martın 1-dən Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəmərilə nəqlinə dair müqavilə imzalayıblar. Bunu Rusiya boru kəməri monopoliyası prezidentinin müşaviri, mətbuat katibi İqor Demin Neft İnformasiya Agentliyinə bildirib.
"Müqaviləyə uyğun olaraq martın 1-dən nəqlə başlayacağıq”, - o qeyd edib.
İlkin olaraq il ərzində 1,3 mln. –a yaxın nəql planlaşdırılmışdı, lakin müqavilənin martda qüvvəyə minəcəyi ilə əlaqədar həcm az olacaq.
* Azərbaycan 1997-ci ildən öz qazını Bakı-Novorossiysk boru kəmərilə nəql edir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti "şimal” boru kəmərilə 1,2 mln. ton neft nəql edib. "Transneft” ilə 2016-cı il üçün müqavilə olmadığından SOCAR bu ilin yanvar-fevral aylarında bu marşrutla xammal nəql etməyib.
.
Maybe you are interested in:
SOCAR bahalı villaların şirkətə məxsus olduğunu inkar edir