SOCAR bahalı villaların şirkətə məxsus olduğunu inkar edir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Abşeron rayonunun Türkan qəsəbəsində tikilən bahalı villaların ona aid olmasını inkar edib.
"Sözügedən obyektlərin nə SOCAR prezidenti Rövnəq Abdullayevə, nə də şirkətin işçilərinin heç birinə aidiyyatı yoxdur”, - şirkətin mətbuat katibi Nizaməddin Quliyev Turan agentliyinə bildirib.
Xatırladaq ki, ötən gün "Azadlıq” qəzeti "Аzərbaycan saatı” İnternet-resursun geniş məqaləsini dərc edib. Məqalədə bildirilir ki, SOCAR rəhbərliyi üçün bir neçə milyon dollara qapalı kottec tipli qəsəbə salınır.
Mənbənin məlumatına görə, obyektlərin inşasını Türkiyə şirkəti həyata keçirir və müvafiq sənədlər də jurnalistlərin əlinə həmin şirkətdən keçib.
.
Maybe you are interested in:
Azərbaycan Rusiya ərazisilə neft tranzitini bərpa edir